Icma.az
close
up
RU
“Ət və ərzaq bahalaşır, insanların gücü çatmır” “Bahalaşma davam edəcək?”

“Ət və ərzaq bahalaşır, insanların gücü çatmır” “Bahalaşma davam edəcək?”

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın sosial-iqtisadi gündəmində əhalinin alıcılıq qabiliyyəti və ərzaq bazarındakı bahalaşma yenidən müzakirə mövzusuna çevrilib. Milli Məclisin son iclasında deputat Qüdrət Həsənquliyev ölkədə keyfiyyətli ərzaq və ət məhsullarının qiymətlərinin xeyli artdığını bildirib. Onun sözlərinə görə, bahalaşma nəticəsində aztəminatlı ailələrin bu məhsullara çıxışı ciddi şəkildə məhdudlaşıb və əhalinin sosial vəziyyətində yaranan problemlər diqqətdən qaçırılmamalıdır.

İqtisadçı ekspert Elşən Bağırzadə AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycan Dünya Bankının təsnifatına əsasən orta gəlirli ölkədir:

"Azərbaycan Dünya Bankının təsnifatına əsasən orta gəlirli ölkədir. Orta gəlirli ölkədə maddi problemlərin olması, həyat səviyyəsinin yüksək olmaması qeyri-adi bir məsələ deyil. Biz cəmiyyət olaraq, yüksək gəlirli ölkələr sırasına necə daxil ola bilərik – bu haqda düşünməli və çalışmalıyıq. Ona görə də ölkədə kimsə əhalinin rifah halı aşağıdır deyəndə burada nəsə yeni bir fikir yoxdur və bunu demək də qəhrəmanlıq kimi qəbul edilməməlidir. Bütün orta gəlirli ölkələrdə əhali maddi çətinliklər yaşayır və xüsusilə həmin ölkədə gəlir bölgüsü ədalətli deyilsə, bu problemlər daha qabarıq şəkildə ortaya çıxır. Problemin fundamental, köklü səbəbi budur”.

İqtisadçı bildirib ki, biz yüksək gəlirli ölkələr sırasına keçsək, bu problemlərin də önəmli hissəsini həll edə biləcəyik:

"Biz yüksək gəlirli ölkələr sırasına keçsək, bu problemlərin də önəmli hissəsini həll edə biləcəyik. Ərzaq məhsullarının qiymətinin artmasına gəldikdə isə burada iki məsələni ayırd etmək lazımdır. Birincisi, qiymət artımının bir hissəsi qlobal tendensiyalarla əlaqəlidir – enerji və logistika xərclərinin yüksəlişi, idxaldan asılılığımız və regional bazarlardakı dalğalanmalar daxili qiymətləri qaçılmaz şəkildə təsir altında saxlayır. İkincisi isə yerli istehsalın struktur problemləridir. Kənd təsərrüfatında məhsuldarlıq aşağıdır, istehsal dövriyyəsi qeyri-sabitdir, bazarda rəqabət tam formalaşmayıb, bəzi seqmentlərdə inhisarçı davranışlar qiymətə təsir göstərir. Bu faktorlar da aztəminatlı əhalinin daha çox zərər görməsinə səbəb olur”.

Ekspert vurğulayıb ki, istənilən halda bu məsələləri emosional deyil, analitik çərçivədə qiymətləndirmək lazımdır:

"Qiymət artımının həm xarici, həm daxili səbəbləri var və sosial rifahın qorunması üçün iqtisadi siyasətdə daha dəqiq hədəflənmiş yanaşmalar tələb olunur. Bu baxımdan bazar mexanizminin işləməsi qarşısındakı maneələrin aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatda – xüsusilə də kənd təsərrüfatında məhsuldarlığın artımına xidmət edən işlərin intensivləşdirilməsi, gəlir bölgüsünü yaxşılaşdıracaq siyasətlərin tətbiqi çox vacibdir. Bunların bəziləri qısamüddətdə, bəziləri isə orta müddətdə reallaşdırıla biləcək addımlardır. Ancaq istənilən halda qısamüddətli dövrdə hökumət çalışmalıdır ki, aztəminatlı əhali bu iqtisadi proseslərdən daha az təsirlənsin”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Noyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri