Icma.az
close
up
RU
​ƏT, YAĞ VƏ ÇÖRƏK BAHALAŞA BİLƏR? Ekspertdən vacib AÇIQLAMA

​ƏT, YAĞ VƏ ÇÖRƏK BAHALAŞA BİLƏR? Ekspertdən vacib AÇIQLAMA

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fuad İbrahimov: “Daxili bazarda mövcud olan inhisarçılıq halları da qiymət artımına təsir edən amillərdəndir.

Qlobal ərzaq bazarlarında müşahidə olunan qiymət artımları dünya iqtisadiyyatında ciddi narahatlıq yaratmağa davam edir.

FAO-nun son hesabatına əsasən, ərzaq məhsullarının qiyməti son üç ildən artıq dövrün ən yüksək səviyyəsinə yüksəlib. Xüsusilə bitki yağları və ət məhsullarında qeydə alınan bahalaşmanın əsas səbəbləri kimi geosiyasi gərginliklər, logistika problemləri və tədarük zəncirindəki qırılmalar göstərilir.

Bəs qlobal bazarlardakı bu bahalaşma Azərbaycanda ərzaq qiymətlərinə necə təsir göstərəcək? Ölkənin ərzaq təhlükəsizliyi mövcud risklərə qarşı nə dərəcədə dayanıqlıdır?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, BMT-nin ərzaq təhlükəsizliyi proqramının son 10 illik dinamikasına nəzər saldıqda, ərzaq məhsullarının qiymətlərində ümumi bahalaşma müşahidə olunur.

Onun sözlərinə görə, son üç ildə də qiymətlərdə ciddi artımlar baş verib: “Bəzən kəskin bahalaşmalar, ardınca isə müəyyən ucuzlaşmalar qeydə alınır. Lakin hər bir halda belə impulsiv qiymət dəyişiklikləri təchizat zəncirinə mənfi təsir göstərən amillərdəndir. Hazırda ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. Bu baxımdan, Körfəz regionunda baş verən hadisələrə diqqət çəkmək lazımdır. Qətər dünya bazarını karbamid və ammonyak əsaslı azot gübrələri ilə təmin edən əsas ölkələrdən biridir. Bu gübrələr buğda, qarğıdalı və düyü istehsalında ən vacib vasitələrdən hesab olunur. Dünya bazarının təxminən 20-30 faizini təmin edən mənbədə problem yarandıqda təchizat dayanır və bunun nəticəsində bazarda çətinliklər meydana çıxır.

Bununla yanaşı, bölgədə baş verən hadisələr səbəbindən daşınma xərcləri də artıb. Neftin bahalaşması da bu prosesə əlavə təsir göstərib. Nəticədə, bu amillər ərzaq bazarına dərhal təsir edib və artıq mart ayında ərzaq qiymətləri indeksində 2,6 faiz artım qeydə alınıb”.

F.İbrahimov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi zamanı taxıl bazarında ciddi problemlər yaranmışdı: “Dünyanın ən böyük taxıl ixracatçılarından biri olan Rusiyaya tətbiq edilən sanksiyalar və ilk beşlikdə yer alan Ukraynanın ixrac imkanlarının məhdudlaşması bazarda çətinliklərə səbəb olmuşdu. Hazırda qiymətlər müəyyən qədər sabitləşsə də, həmin dövrdə yaranmış narahatlıq bəzi ölkələri ehtiyatlarını daim yeniləməyə və yüksək səviyyədə saxlamağa vadar edir. Bu isə istehlak həcmini artıraraq qiymətlərin yüksəlməsinə təsir göstərir”.

Fuad İbrahimov xatırladır ki, mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib: “Prezidentin səsləndirdiyi rəqəmlərə əsasən, ölkədə quş əti üzrə tələbatın 81,9 faizi, kərə yağı üzrə 64 faizi, buğda üzrə 55 faizi, mal əti üzrə isə 84 faizi yerli istehsal hesabına təmin olunur. Bu göstəricilər idxaldan müəyyən asılılığın mövcud olduğunu göstərir. İdxaldan asılılıq isə dünya bazarlarında baş verən qiymət dəyişikliklərinin daxili bazara təsirini artırır. Bundan əlavə, daxili bazarda mövcud olan inhisarçılıq halları da qiymət artımına təsir edən amillərdəndir.

Dövlət proqramı çərçivəsində qarşıdakı beş il ərzində bu problemlərin aradan qaldırılması nəzərdə tutulur. Lakin burada diqqət yetirilməli vacib bir məqam var. Məsələn, kənd təsərrüfatı naziri yaxın beş ildə buğda istehsalının 20 faiz artacağını bildirib. Həmçinin ət məhsulları üzrə ölkənin tələbatının tam təmin olunacağı və istehsalın əhəmiyyətli dərəcədə artırılacağı qeyd edilir. Ancaq bu məhsulların hansı qiymətlə bazara çıxarılacağı barədə konkret açıqlamalar verilmir”.

Ekspert vurğulayıb ki, əsas məsələ kompleks yanaşmanın tətbiqidir. Xüsusilə yem bazasının inkişafına diqqət yetirilməlidir: “Bəzi hallarda İsrail təcrübəsini öyrənmək faydalı ola bilər. Həmin ölkədə bir kvadratmetr sahədən əldə olunan məhsuldarlıq Azərbaycandakı göstəricidən təxminən beş dəfə yüksəkdir. Bu nəticə gübrələmə sisteminə və heyvandarlıqda yem bazasının formalaşdırılmasına xüsusi diqqət ayrılması hesabına əldə olunur.

Bu istiqamətlərdə lazımi tədbirlər həyata keçirilsə, istehsal xərclərinin artmasının qarşısını almaq mümkün olar. Hazırda gübrə təminatı ilə bağlı ciddi problem olmasa da, digər sahələrdə görüləsi işlər qalır. Əsas məqsəd məhsulun maya dəyərinin yüksəlməsinin qarşısını almaq və qiymətlərin formalaşması prosesinə daha diqqətli yanaşmaqdır”.

Oğuz Ayvaz

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 İyun 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri