Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş AÇIQLANDI
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Qarşıdakı dövrdə quzu ətinin qiymətində daha ciddi artım gözlənilirmi?
Ölkə.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, bəzi satış nöqtələrində qiymətin 23-25 manata çatdığı bildirilir:
“İddia edirlər ki, heyvan sayı azaldığı üçün bahalaşma baş verir. Lakin bunu əsas səbəbi kimi göstərmək düzgün deyil. Sual budur ki, fermer heyvan saxlamaqda niyə əvvəlki qədər maraqlı deyil? Yem, otlaq, su, baytarlıq, əmək və digər xərclər artır, amma istehsalçının gəliri bu artımı kompensasiya etmirsə, fermer təbii olaraq istehsalı azaldır. Nəticədə heyvan sayı azalır, təklif daralır və qiymət artır”.
İqtisadçının fikrincə, problemi bazarın sonuncu mərhələsində axtarmaqla məsələ həll olunmayacaq:
“İllərdir həyata keçirilən aqrar siyasətin nəticələrinə baxmaq lazımdır. Fermer üçün normal iqtisadi şərait, əlçatan yem, otlaq, maliyyə və sabit satış bazarı yaradılmadan heyvandarlığın inkişafından danışmaq çətindir. Digər tərəfdən, “ət bahalaşacaq” xəbərlərinin ardıcıl yayılması da qiymət gözləntisi yaradır. Satıcı qiyməti əvvəlcədən qaldıra, alıcı isə bahalaşmadan əvvəl alışa tələsə bilər. Beləliklə, informasiya özü də qiymətə təsir edən amilə çevrilir”.
Asif İbrahimov qeyd edib ki, fermerin istehsala marağı bərpa olunmasa, heyvan sayı azalmaqda davam edəcək, yerli təklif zəifləyəcək və qiymət təzyiqi artacaq:
“Ona görə də qiyməti inzibati qaydada aşağı salmaq yox, qiyməti yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Bu gün ətin qiymətini müzakirə edirik. Sabah daha yüksək qiyməti müzakirə etməmək üçün indi səbəbləri aydınlaşdırmalıyıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 02 Oktyabr 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















