Icma.az
close
up
RU
Ət yenə BAHALAŞDI: Kilosu 26 manata çatdı

Ət yenə BAHALAŞDI: Kilosu 26 manata çatdı

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvan ətlərinin qiymətində artım müşahidə olunduğu bildirilir. Xüsusilə son bir ay ərzində qiymət artımının daha qabarıq hiss olunduğu, bahalaşmanın əsasən sümüksüz dana və çəkisi az olan quzu ətində qeydə alındığı vurğulanır. Hazırda alıcılara çəkisi az olan quzu ətinin kiloqramı 25-26 manata təklif olunur.

Bəs son bir ay ərzində dana və quzu ətinin qiymətində artımın əsas səbəbi nədir?Xüsusilə sümüksüz dana və çəkisi az olan quzu ətinin bahalaşmasını hansı amillərlə izah etmək olar?

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb. pizza

İqtisadçının sözlərinə görə ət bazarında qiymət artımının əsas səbəbləri arasında həm saxlanılan heyvanların sayının azalması, həm də qiymətlərin yüksəlməsinə baxmayaraq, ətə olan tələbatın artması xüsusi yer tutur: 

"Son 10 ilin statistikasına nəzər saldıqda görürük ki, saxlanılan xırdabuynuzlu heyvanların sayında təqribən 20 faizlik azalma var. İri buynuzlu heyvanların sayında da azalma müşahidə olunur. Burada təxminən 5-6 faizlik azalmadan söhbət gedir. Bu isə əhalinin ətə olan tələbatının 25 faizə qədər artdığı bir dövrdə baş verir. Yəni, kəsilən ətin statistikasına baxdıqda görürük ki, son 10 ildə 25 faizlik artım qeydə alınıb.

Heyvandarlıqla əvvəlki səviyyədə məşğul olunmamasının da öz səbəbləri var. Boş otlaq sahələrinin azalması və heyvan saxlamağın bahalı prosesə çevrilməsi ev təsərrüfatlarının bu sahədəki rolunu azaldıb. İntensiv təsərrüfatlarda isə heyvan saxlamaq xərcləri daha yüksəkdir. Bütün bunlar nəticə etibarilə ətin bahalaşmasının davam etməsinə gətirib çıxarır".

İqtisadçının sözlərinə görə, ət qiymətlərinin kəskin bahalaşmasının qarşısını alan əsas amillərdən biri idxal olub: "Lakin idxal edilən ölkələrdə də ətin qiymətinin artması ucuz idxal imkanlarını məhdudlaşdırır. Bu da ət bazarında yeni qiymət tarazlığının formalaşmasına səbəb olur. Əvvəllər ət bazarında Ukraynadan gətirilən ucuz ətlər mühüm rol oynayırdısa, indi Ukrayna-Rusiya müharibəsi də son illərdə ət bazarında qiymət artımının əsas faktorlarından birinə çevrilib. Həm Rusiyada, həm də Ukraynada ətin qiymətləri bahalaşıb, eyni zamanda logistika xərcləri də əvvəlki səviyyədə deyil. Bütün bu faktorlar – həm ucuz idxalın olmaması, idxalın bahalaşması, həm yerli heyvandarlıqda saxlanılan heyvanların sayının azalması, həm də tələbatın yüksəlməsi – ət qiymətlərinin artmasına səbəb olur. Bu isə qiymət artımının yaxın gələcəkdə də davam edəcəyinə dair proqnozların formalaşmasına gətirib çıxarır".

Xalid Kərimli ətin bahalaşmasının müəyyən müsbət tərəfinin də olduğunu hesab edir. Onun sözlərinə görə, qiymət artımı heyvandarlıq sahəsini sahibkarlar üçün daha cəlbedici edə bilər: "Qiymətlərin artması və fəaliyyətin rentabelli olması sahibkarların getdikcə bu sahəyə daha çox maraq göstərməsinə səbəb ola bilər".

Ekspert quzu ətinin baha olmasının səbəblərinə də toxunub. Ekspert bunu ilk növbədə yüksək tələbatla əlaqələndirib: "Quzu ətinin baha olmasının əsas səbəbi isə ona olan tələbatın yüksək olmasıdır. İnsanlar quzu ətinə üstünlük verirlər, çünki yumşaq ətdir. Tələbat yüksək olduğu üçün fermer də heyvanı daha baha qiymətə satmağa çalışır. Fermer düşünür ki, heyvanı saxlayıb böyüdüb kökəltməkdənsə, mövcud qiymətə daha baha qiymət təklif olunursa, onu indidən satmaq daha sərfəlidir. Yəni itirilmiş faydanı, gələcək faydanı, quzunun böyüməsindən əldə ediləcək faydanı qiymətdə kompensasiya edir".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Avqust 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri