Icma.az
close
up
RU
“Etalon” hospital: sertifikatsız həkimlərin ölüm riski

“Etalon” hospital: sertifikatsız həkimlərin ölüm riski

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova bir müddət öncə öz instaqram hesabında Azərbaycanda saxta plastik-cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı paylaşım etmişdi.

Bundan sonra  Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN və Təhsil Nazirliyindən ibarət Xüsusi Təftiş Komissiyası yaradıldı. Məlum oldu ki, komissiyaya müraciət edən 82 estetik cərrahdan yalnız 42-sinə fəaliyyətə rəsmi icazə alıb. Qalan 40-a yaxın çox, ya az tanınmış cərrah isə gözlənilmədən siyahıdan kənarda qalıb. Müvafiq qanunvericiliyə görə siyahıda yer almayan şəxsin plastik cərrah kimi təqdim olunması və bu adla pasiyent qəbul etməsi qanunsuzdur və  məsuliyyətə səbəb olur.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilir ki, “Kosmetoloji və plastik cərrahi xidmət göstərən tibb müəssisələrinin bu fəaliyyət üçün xüsusi lisenziyası, orada çalışan həkimlərin isə müvafiq sertifikatı olmalıdır.Çox təəsüflər olsun ki,Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN və Təhsil Nazirliyindən ibarət Xüsusi Təftiş Komissiyasınin qərarına baxmayaraq bəzi klinikalarda lisenziyasız və sertifikatsız həkimlərin tibbi praktiki fəaliyyətinə rast gəlinir.Bəzən də sertifikatsız fəaliyyət göstərən həkimlərin apardıqları əməliyyat ölümə səbəb olur. Belə uğursuz əməliyyatlardan biri də bu ilin avqust ayının 15 də “Etalon" hospitalda baş verib. Belı ki məşhur kouç (şəxsi inkişaf mütəxəssisi - red.) və tanınmış psixoloq Nilufər Abdulla  plastik əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və vəfat edib. Xəbər portalarında, sosial mediada yayılan xəbərlərda Nilufər Abdullanın estetik əməliyyatının “Etalon" hospitalda hansı həkim tərəfindən həyata keçrilməsi haqda heç bir məlumata rast gəlinmir.

"Unikal" xəbər verir ki, etibarlı mənbədən mediatv.az-a verilən məlumata görə Nilufər Abdullanın estetik əməliyyatını Səhiyyə Nazirliyi tərəfindən sertifikatı ləvğ olunmuş Seymur Məmmədov tərəfindən icra edilib.Rəhmətə getmiş 1989-cu il təvəllüdlü Nilufər Abdulla 3 uşaq anasıdır.

Bu ölüm hadisəsi Seymur Məmmədov tərəfindən həyata keçrilmiş estetik əməliyyatdan sonra ikincidir. Mətbuatda yayılmış xəbərə görə hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. 1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb. Rəhmətə getmiş Pərvanə Mirzəyeva bir uşaq anasıdır.
 
Onun bu ilin fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilir.Əməliyyatı “Etalon hospital”ında plastik cərrahı Seymur Məmmədov edib.
 İnternet üzərindən araşdırma apararkən  “Etalon" hospitalda Türkiyə vətəndaşı olan azərbaycanlı tanınmış aktrisa Natavan Gümetində çətinliklə üzləşdiyinə rast gəldik.Belə ki, bu il iyulun 7-də Bakı şəhəri, Yeni Yasamalda yerləşən Etalon Hospitalda liposaksiya əməliyyatı keçirib.
 

Məlumata görə, o, əməliyyatdan əvvəl tibbi yoxlamalar zamanı ciddi səhlənkarlıqla qarşılaşıb. Belə ki, iki həyati vacib müayinə – damar dopleri və qarın boşluğu USM – ümumiyyətlə aparılmayıb.Yayılan məlumata əsasən, bu cür kobud səhlənkarlıq aktrisanın həyatı üçün birbaşa təhlükə yaradıb. Damar dopleri analizi qan damarlarında tromb riskini üzə çıxarmaq üçündür və trombun ani ölümə səbəb ola biləcəyi tibbdə çox yaxşı bilinir. Liposaksiya əməliyyatdan sonra tanınmış aktrisanın səhhətində ağırlaşmalar baş verib. Qarın boşluğunda mütəmadi olaraq maye toplanır. Aktrisa bu vəziyyətdə İstanbula qayıda bilmədiyi üçün planlaşdırdığı səfəri təxirə salmaq məcburiyyətində qalıb.Bir ildə “Etalon" hospitalda iki ölüm hadisəsinin baş verməsi adi bir hal deyil.İlkin olaraq demək olar ki, bu ya həkim səhlənkarlığı,ya da ki təcrübəsizlikdir. Ölüm hadisələrinin hansı səbəbdən baş verdiyinə hüquqi qiyməti aidiyyatı qurumlar verəcək.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Avqust 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri