Icma.az
close
up
RU
Etibarnamə ilə bağlı YENİLİK Avtomobili bu şəxslərə...

Etibarnamə ilə bağlı YENİLİK Avtomobili bu şəxslərə...

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizdə etibarnamə ilə avtomobil almaq alqı-satqı prosesində daha sadə və ucuz üsul kimi qəbul edilir. Lakin bu, alıcını birbaşa avtomobilin hüquqi sahibi etmədiyi üçün müəyyən ciddi risklər daşıyır.

Etibarnamə yalnız avtomobildən istifadə və idarəetmə hüququnu verir. Bu vəziyyət avtomobilin əsl sahibi ilə problemlərin yaranmasına, etibarnamənin ləğv edilməsi və ya məhkəmə mübahisələri kimi ciddi hüquqi çətinliklərə səbəb ola bilər.

Mövzu ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, ortada etibarnamənin forması və ötürülən hüquqlar məsələsi var:

“Vətəndaşlar birinci növbədə bilməlidirlər ki, etibarnamə ilə avtomobil almaq və yaxud satmaq anlayışı qanunvericilikdə yoxdur. Avtomobil yalnız notariat kontorlarda bağlanmış alğı-satqı müqaviləsi və ya Dövlət Yol Polisi İdarəsində bağlanmış alğı-satqı müqavilələri ilə xüsusi mülkiyyət hüququ kimi rəsmiləşdirilir və texniki şəhadətnamə təqdim olunur.

Nəqliyyat vasitəsi barədə hər kəs etibarnamə verə bilər. Sadəcə etibarnamənin forması və ötürülən hüquqlar məsələsi var. Ötürülən hüquqlarda əgər şəxs, özünün mülkiyyətində olan etibarnaməni yalnız sürmək hüquqi kimi verirsə, bu həmin etibarnamədə qeyd olunur və sürmək hüquqları təsbit olunur”. 

Hüquqşünas qeyd edib ki, artıq ər-arvad öz mülkiyyətlərində olan avtomobili idarə etmək üçün də etibarnamə təqdim etməlidir.

“Ümumiyyətlə, istifadə, sərəncam və qeydiyyatla bağlı hüquqlar ötürüldükdə, onlar da etibarnamədə qeyd olunur. Bu hər kəsin bildiyi baş etibarnamə (generalni davernus) anlayışı kimi qəbul edilir. Nəticə etibarı ilə, həmin baş etibarnamə anlayışı qanunvericilikdə olmasa da, şəxsin adından hüquqları digər bir şəxsi ötürə bilir. Yaxın qohumlarla bağlı isə, yaxın zamanlarda Konstitusiya məhkəməsinin qərarı oldu.

Ərlə-arvadın birgə və ya paylı mülkiyyəti olmasına rəğmən, onların etibarnamə tələb olunmaqla avtomobili idarə etmə məsələsi gündəmə çıxarılmışdı. Məhkəmənin mövqeyi bundan ibarət oldu ki, paylı mülkiyyət olmasına baxmayaraq, ər-arvad mülkiyyətlərində olan avtomobili idarə etmək üçün etibarnamə təqdim etməlidirlər”.

(yeni.sabah)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Noyabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see253

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see240

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see186

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see175

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see163

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see147

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see132

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see124

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see122

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri