Etibarsız təchizatçı elan olunan şirkət bir neçə ay əvvəl milyonluq tenderlər udub
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda daha 2 şirkət – “Ce Parts” MMC və “Amet Services” MMC etibarsız təchizatçıların reyestrinə daxil edilib.
Yeniavaz.com xəbər verir ki, etibarsız təchizatçıların reyestrinə daxil edilən bu şirkətlərlə bağlı maraqların toqquşaması halı qeydə alınıb.
Qeyd edək ki, bu şirkətlər 6 ay müddətində – 16 iyun 2026-cı ildən 16 dekabr 2026-cı il tarixinədək satınalmalarda iştirak edə bilməyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 000 manat olan “Ce Parts” MMC (VÖEN – 1405421941) 2021-ci ildən fəaliyyət göstərir və qanuni təmsilçisi Babayev Elvin Qeyd oğludur.
Nizamnamə kapitalı 20 manat olan “Amet Services” MMC (VÖEN – 1302992001) isə 2012-ci ildən fəaliyyət göstərir və qanuni təmsilçisi Ələsgərov Vüsal Namid oğludur.
Onu da bildirək ki, “Amet Services” MMC sonuncu dəfə bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqroservis” ASC tərəfindən keçirilən 222 min 285 manat 8 qəpik dəyərindəki tender müsabiqəsində qalib olub. Bundan bir-neçə ay əvvəl isə “Amet Services” MMC Şərur “Radio” zavodunun 739 min 690 manat 8 qəpiklik tenderini udub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:58 tenderdə qalib elan olunan şirkət etibarsız təchizatçı siyahısına salınıb
04 Fevral 2026 17:07
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib Unisell ə bağlı müəmma
17 Yanvar 2025 19:22
Daha bir şirkət etibarsız təchizatçı oldu Tenderlərdə cəmi 1 il iştirak edə bildi (SİYAHI)
07 Fevral 2026 13:46
Tender kralı etibarsız təchizatçı elan edildi Təkcə bu il 3,1 milyonluq sifariş alıb
28 Noyabr 2024 15:08
Baxış sayı:328
Bu xəbər 24 İyun 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















