Icma.az
close
up
RU
“Etik cərimələr xidmət keyfiyyətini qorumaq məqsədi daşıyır” ŞƏRH EDİLDİ

“Etik cərimələr xidmət keyfiyyətini qorumaq məqsədi daşıyır” ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Restoran və ictimai iaşə obyektlərində davranış qaydalarının cərimə mexanizmi ilə tənzimlənməsi iqtisadi baxımdan həm maraqlı, həm də çoxvektorlu təsirlərə malik olan bir praktikadır. Belə “etik cərimələr” adətən səs-küy, inventarın zədələnməsi, rezervasiyaya riayət etməmə, vaxtında ödəniş etməmə və digər müştəri davranışlarını tənzimləmək üçün tətbiq edilir. İlk baxışda bu tip mexanizmlər müəssisə üçün əlavə gəlir kimi görünə bilər, lakin iqtisadi mahiyyətinə dərindən baxıldıqda əsas funksiyası gəlir qazanmaqdan daha çox resursların səmərəli istifadəsini və xidmət keyfiyyətini qorumaqdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

Onun sözlərinə, iqtisadi nəzəriyyədə bu mexanizm davranış iqtisadiyyatı və xarici təsirlər kontekstində izah edilir: "Müştərinin məsuliyyətsiz davranışı müəssisə üçün əlavə xərc yaradır: inventar itkisi, masa dövriyyəsinin azalması, xidmət prosesinin pozulması, digər müştərilərdə narazılıq və s. Cərimə mexanizmi isə bu mənfi xarici təsirləri daxilləşdirərək xərci davranış sahibinin üzərinə ötürür və nəticədə daha səmərəli bazar nəticəsi yaradır. Bu baxımdan mexanizm iqtisadi effektivlik məntiqinə uyğundur. Müştəri məmnunluğu baxımından təsir ikili ola bilər. Bir tərəfdən qaydalı mühit daha komfortlu yemək təcrübəsi yaradır və bu, xüsusilə yüksək seqmentli obyektlərdə müsbət qəbul olunur. Digər tərəfdən, cərimələr çox sərt və ya qeyri-şəffaf tətbiq olunduqda müştəri münasibətlərinə zərər vurur, loyallığı azaldır və reputasiya riskləri yaradır. Xidmət sektorunda reputasiya iqtisadi baxımdan yüksək dəyərli aktivdir və mənfi söz-söhbət gələcək gəlirləri əhəmiyyətli dərəcədə azalda bilər.

İstehlakçı davranışına təsir baxımından etik cərimələr nizamlayıcı rol oynayır. Davranış iqtisadiyyatı göstərir ki, cərimə mexanizmləri sadəcə iqtisadi deyil, eyni zamanda sosial siqnal funksiyası da daşıyır. Müştəriyə müəssisənin qaydalar istiqamətində özünü necə təqdim etdiyi haqda mesaj göndərir. Şəffaf və balanslı tətbiq olunduğu halda bu siqnal müsbət dəyərləndirilir, xaotik və kommersiya məqsədli tətbiq olunduğu halda isə neqativ qavranılır.

Uzunmüddətli gəlirlərə gəldikdə, bu mexanizmin uğuru əsasən seqment, strategiya və tətbiq mədəniyyətindən asılıdır. Premium və yüksək davranış standartları tələb edən seqmentlərdə bu mexanizm uzunmüddətli gəlirliliyi artırır, çünki xidmət keyfiyyəti və mühit müştəri dəyərinin əsas komponentlərindəndir. Lakin kütləvi seqmentlərdə cərimə sisteminin sərtləşdirilməsi müştəri çevikliyini azaldaraq onları alternativ obyektlərə yönləndirə bilər. Buna görə də optimal dizayn “caydırıcı", lakin müştərini uzaqlaşdırmayan sistem formalaşdırmaqdan keçir. Restoran sektorunda etik cərimələr iqtisadi baxımdan müəyyən problemləri həll etmək gücünə malikdir, lakin onların effektivliyi tətbiq olunan seqment, kommunikasiya forması, şəffaflıq səviyyəsi və bazar strukturu ilə sıx bağlıdır. Mexanizm düzgün dizayn olunduqda həm xərclərin azaldılmasına, həm reputasiyanın qorunmasına, həm də xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir; yanlış tətbiq olunduqda isə məmnuniyyət itkisi və mənfi reputasiya ilə gəlirləri aşağı sala bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Yanvar 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri