Icma.az
close
up
RU
Etimaddan Strateji İttifaqa: Bakı Riqa geosiyasi yaxınlaşması MƏQALƏ

Etimaddan Strateji İttifaqa: Bakı Riqa geosiyasi yaxınlaşması MƏQALƏ

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Latviyanın Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirilən genişmiqyaslı görüşlər, əslində, protokol çərçivəsini aşan, daha dərin geosiyasi mənalar daşıyan bir diplomatik hadisə kimi diqqət çəkdi.

Bu səfərin mahiyyətində sadəcə ikitərəfli münasibətlərin protokol gündəliyi dayanmırdı. Burada iki dövlətin bir-birini beynəlxalq sistemdə necə gördüyü, dəyişən dünya düzənində hansı mövqeləri paylaşdığı və gələcəyə hansı strateji baxışla yanaşdığı açıq şəkildə hiss olunurdu. Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin artıq doqquz ildir hüquqi və siyasi çərçivə rolunu oynaması təsadüfi deyil. Bu sənəd formal bir razılaşmadan daha çox, etimadın institusionallaşmasıdır.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdə diqqəti çəkən əsas xətt ondan ibarətdir ki, Azərbaycan–Latviya münasibətləri artıq “inkişaf etdirilə biləcək əlaqələr” mərhələsini keçərək, konkret nəticələr və praktiki mexanizmlər mərhələsinə daxil olur. Şuşada keçirilmiş Birgə Hökumətlərarası Komissiya iclası və biznes-forumun Bakıda geniş formatda təşkili, iqtisadi əməkdaşlığın kağız üzərindən real investisiya müstəvisinə keçməkdə olduğunu göstərir.
Burada əslində yeni bir iqtisadi diplomatiya modeli formalaşır: qarşılıqlı sərmayə, birgə istehsal və informasiya mübadiləsi təkcə iqtisadi terminlər deyil, həm də siyasi yaxınlaşmanın davamlı alətlərinə çevrilir. Xüsusilə qarşılıqlı sərmayə axınlarının artırılması və biznes-forumun “yeni mərhələ” kimi təqdim olunması, iki ölkə arasında iqtisadi münasibətlərin sadəcə ticarət deyil, strateji inteqrasiya istiqamətində inkişaf etdiyini göstərir.
Diqqət çəkən digər mühüm məqam nəqliyyat və aviasiya sahəsində əməkdaşlıqdır. Birbaşa uçuşların genişləndirilməsi təkcə logistika məsələsi deyil, həm də regionlararası insan axınının, biznes əlaqələrinin və turizm potensialının siyasi nəticələr doğuran mexanizmidir. Bu, Baltik və Qafqaz arasında fiziki məsafənin siyasi və iqtisadi baxımdan “qısaldılması” deməkdir.
Təhsil və insan kapitalı faktoru isə bu münasibətlərin uzunmüddətli dayanıqlığını təmin edən ən mühüm sütunlardan biridir. Latviyada təhsil alan yüzlərlə azərbaycanlı gənc təkcə tələbə deyil, gələcək diplomatik və iqtisadi körpülərin daşıyıcılarıdır. Bu, dövlətlərarası münasibətlərin ən sabit forması olan “insan əlaqələri diplomatiyası”nın real təzahürüdür.
Görüşün siyasi yükü isə daha geniş regional kontekstdə özünü göstərir. Cənubi Qafqazda sülh prosesi, Azərbaycan–Ermənistan münasibətlərində əldə olunan de-fakto sabitlik və bunun beynəlxalq auditoriyaya təqdim edilməsi, Bakının özünü təkcə regional aktor kimi deyil, həm də sülh narrativinin təşəbbüskarı kimi təqdim etdiyini göstərir. Burada diqqət çəkən məqam odur ki, sülh artıq yalnız diplomatik məqsəd deyil, iqtisadi və regional inteqrasiyanın şərtinə çevrilir.
Latviya tərəfi üçün isə Azərbaycan ilə münasibətlər həm Avropa İttifaqı daxilində enerji və nəqliyyat təhlükəsizliyi baxımından, həm də Şərqə açılan iqtisadi pəncərə kimi strateji əhəmiyyət daşıyır. Bu baxımdan Bakı–Riqa xətti təkcə ikitərəfli deyil, daha geniş Avrasiya kontekstində oxunmalıdır.
Latviya Prezidentinin Bakı səfəri və göstərdi ki, Azərbaycan və Latviya münasibətləri artıq klassik diplomatik əlaqələr çərçivəsindən çıxaraq, çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilməkdədir. Burada iqtisadi maraqlar, siyasi etimad, regional təhlükəsizlik və insan kapitalı bir-birini tamamlayan vahid sistem kimi çıxış edir.
Dünya siyasətinin qeyri-müəyyən və sürətlə dəyişən mərhələsində belə formatlar təsadüfi deyil. Onlar yeni regional balansların kiçik, amma mühüm hissələridir. Bakı ilə Riqa arasında qurulan bu körpü isə, görünür, gələcək illərdə daha geniş geosiyasi mənzərənin tərkib hissəsinə çevriləcək.

Elnarə Akimova

Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Aprel 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see308

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see308

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see289

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see269

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see263

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see260

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see247

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see233

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see226

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see223

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see222

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see220

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see218

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see215

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see201

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see199

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see196

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see192

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri