Icma.az
close
up
RU
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır?

Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana xarici ölkələrdən 5 min 902 baş diri iribuynuzlu ətlik heyvan idxal olunub.

İdxal edilən bir baş iribuynuzlu ətlik heyvanın orta gömrük dəyəri təxminən 375 dollar (638 manat) olub. İribuynuzlu ətlik heyvanların 1 105 başı Rusiyadan, 4 797 başı Gürcüstandan gətirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə mal-qara idxalı 2,8 dəfə azalıb. Belə ki, ötən il Rusiyadan (9644 baş), Qazaxıstandan (2538 baş) və Gürcüstandan (1839 baş) Azərbaycana 14 min 21 baş iribuynuzlu ətlik heyvan idxal edilib.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan mal-qaranın gömrük dəyəri də kəskin şəkildə aşağı düşüb.

Əgər ötən ilin ilk 2 ayında Rusiyadan idxal edilən mal-qaranın bir başının orta gömrük dəyəri 1036 dollar (1761 manat), Gürcüstandan isə 442 dollar (752 manat) olubsa, bu ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 674 dollar (1146 manat) və 306 dollar (520 manat) olub.

Lakin bütün bunlar ət bazarında gözlənilən ucuzlaşmanı yaratmayıb. Əksinə, idxal həcminin 2,8 dəfə azalması, həmçinin bir baş mal-qaranın orta gömrük dəyərinin ötən illə müqayisədə kəskin enməsi fonunda istehlakçılar qiymət artımı ilə üzləşirlər.

İdxal azalır, maya dəyəri aşağı düşürsə, o zaman ət niyə bahalaşır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bu, məntiqli sualdır və açıqlanan rəqəmlərlə real vəziyyət arasında müəyyən ziddiyyət müşahidə olunur.

O qeyd edib ki, idxalın azalması əslində cavabın bir hissəsidir:

"Ötən ilin ilk iki ayında 14 min baş idxal olunubsa, bu il cəmi 5 900 baş gəlibsə, yəni idxal 2,8 dəfə az. Bazara daxil olan canlı mal-qara bu qədər azalanda, yerli təklif bu boşluğu doldurmursa, qiymət yuxarı gedir. Bu sadə tələb-təklif məntiqidir.

Lakin məsələ yalnız miqdarla bitmir. Yerli istehsal kifayət etmir. Azərbaycanda heyvandarlıq sektoru bazar tələbini tam ödəmək üçün hələ yetərli gücdə deyil. İdxal azalanda bu zəiflik dərhal qiymətlərdə əks olunur".

Ekspert əlavə edib ki, yem xərcləri də mühüm amillərdən biridir:

“Yerli fermerlərin əsas xərclərindən biri yemdir. Əgər yem qiymətləri artıbsa və bu, əsasən idxal olunan taxıl və qarışıq yemlə bağlıdırsa, istehsal xərci yüksəlir. Bu da nəticə etibarilə ət qiymətlərinə təsir göstərir.

Gömrük dəyərinin aşağı düşməsinə gəlincə, bu, aldadıcı təsir yarada bilər. Heyvanın gömrük dəyərinin azalması onun bazardakı ət qiymətini birbaşa aşağı salmır.

Çünki bu prosesə kəsim xərcləri, logistika, pərakəndə satış marjası və vergilər də daxildir. Üstəlik, idxal həcmi azaldıqda bazarda rəqabət zəifləyir və bu da idxalçıların marjalarını artırmasına şərait yaradır”.

O bildirib ki, idxal həcminin kəskin azalması, yerli istehsalın bazardakı boşluğu doldura bilməməsi və artan istehsal xərcləri ət qiymətlərinin yüksəlməsinə səbəb olur:

"Gömrük dəyərinin ucuzlaşması isə gözlənildiyi kimi bazarda qiymətlərin aşağı düşməsinə gətirib çıxarmır. Qısacası, gömrük dəyərinin ucuzlaşması bu prosesdə istehlakçıya deyil, əsasən idxalçıya qazanc gətirir". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: ət Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Aprel 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri