Icma.az
close
up
RU
Ətin qiyməti BAHALAŞACAQ Ekspert SƏBƏBLƏRİ açıqladı KONKRET

Ətin qiyməti BAHALAŞACAQ Ekspert SƏBƏBLƏRİ açıqladı KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

İri və xırdabuynuzlu heyvanların sayının azalması, təbii otlaq sahələrinin məhdudlaşması, texnologiyaya yeni nəsilin urbanizasiyaya üstünlük verməsi və heyvan yemi xərclərinin artması bu sahəyə təsir edən əsas amillərdir.

KONKRET.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli bakuws-ə açıqlamasında bildirib ki, əsas məsələ təbii otlaq sahələrinin azalmasıdır. Bunun iki əsas səbəbi var: əkinçilik və bitkiçilik məqsədilə ərazilərin hasarlanması, həmçinin təbii otlaq sahələrində torpağın şoranlaşması.

Kərimli həmçinin vurğulayıb ki, bu sahə ilə məşğul olan şəxslərin sayı da azalıb. Yeni nəsil urbanizasiyaya daha çox meyillidir, şəhərlərə və xarici ölkələrə köçməyə üstünlük verir. Təbii otlaq sahələrinin azalması quru otlaq bağlamalarına tələbatı artırır, bu isə bağlamaların qiymətini yüksəldir.

Bundan əlavə, intensiv heyvan yemi pandemiyadan əvvəl bahalaşıb, həm özü, həm də daşınması xərclidir. Nəticədə heyvandarlığın xərcləri fərdi ev təsərrüfatları üçün dözülməz vəziyyətə gəlib və ətin idxalını stimullaşdırır.

Kərimli qeyd edib ki, insanların gəlirlərinin artması ilə kəsilən ətin həcmi də yüksəlib. Son 10 ilin statistikası göstərir ki, orta hesabla ət kəsimi 20-25% artıb, bu da qiymətlərə birbaşa təsir edir.

Ekspert iri və xıdabuynuzlu heyvanlarının sayının azalmasının yaxın, orta müddətdə ətin qiymətinin bahalaşacağına gətirib çıxaracağını qeyd edib.

İqtisadçı ümid edir ki, Şərqi Zəngəzur və Qarabağın iqtisadi dövriyəyə qayıtması heyvandarlığın inkişafına müsbət təsir göstərəcək. Boş sahələrin çoxluğu kənd təsərrüfatının genişlənməsinə imkan verəcək. Bununla da iri və xırdabuynuzlu heyvanların sayında artım müşahidə edilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri