Ətin qiyməti DƏYİŞİR Bazardakı son vəziyyət NECƏDİR?
Icma.az, Milli.az saytına istinadən bildirir.
Azərbaycanda ət idxalının həcmi azalır. Satıcıların sözlərinə görə, bu proses həm daxili istehsalın genişlənməsinə, həm də xarici bazardakı qiymət dəyişikliyi ilə bağlıdır:
"Hazırda yerli quzu 20 manat, dana əti isə 17 manatdır. Bu isə fermerlərə sərf eləmir. Xaricdən gələn məhsul istər-istəməz bizim məhsulun qiymətin aşağı salır. Tələbat azalıb".
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ət idxalının azalması bir neçə amillə bağlıdır:
"Daxili istehsalın artması, idxaldan asılılıq qismən azalıb. Bu isə bazarda yerli məhsulun payını çoxaldıb. 2025-ci ilin əvvəlindən etibarən ətin idxalında maraqlı şəkildə azalma müşahidə olunur və bu ötən il ərzində 18.8 faiz olub. Müvafiq tendensiya 2026-cı ilin yanvar ayında da qeydə alınıb. Yanvar ayında ət idxalı 10 faiz azalıb. Yəni, tələb və təşkil arasında disbalans var".
Qeyd edək ki, ətin qiymətində müəyyən qədər ucuzlaşma olsa, tələbat daha çox olar. Çünki Azərbaycanda istehsal olunan ət bir çox ölkənin məhsullarından qat-qat keyfiyyətli və dadlıdır.
Aysel
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 24 Fevral 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















