Icma.az
close
up
RU
Ətin qiymətində gözlənilməz DƏYİŞİKLİK

Ətin qiymətində gözlənilməz DƏYİŞİKLİK

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvarında Azərbaycana 8,2 milyon ABŞ dolları dəyərində 3332 ton ət idxal olunub.
Statistik göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həm həcminin, həm də ümumi dəyərinin azaldığını göstərir. Lakin diqqət çəkən əsas məqam qiymət dinamikasıdır: 1 kiloqram ətin orta idxal qiyməti 2,22 dollardan 2,46 dollara yüksəlib ki, bu da illik müqayisədə 10,8 faiz artım deməkdir. Başqa sözlə, bazara az həcmdə ət daxil olur, lakin daha yüksək qiymətə.
Mövcud bahalaşmanın səbəbləri nədir və qarşıdakı dövrdə ət bazarında hansı dəyişikliklər gözlənilir?
Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, ətin bahalaşmasının əsas səbəblərindən biri iqlim dəyişiklikləridir:
“İqlim dəyişikliyi nəticəsində örüş torpaqları azalır, yaylaqlar məhdudlaşır və bu da heyvandarlığa ciddi təsir göstərir. Nəticədə imkanlar daralır və istehsal həcmi azalır”.
“Azərbaycanda müvafiq standartlar mövcuddur, lakin təklif azaldıqca qiymətlər artır. Burada bir neçə səbəb var: qlobal qeyri-sabitlik, logistika xərclərinin artması və dünya bazarlarında baş verən proseslər qiymət artımına gətirib çıxarır. Dünya bazarlarında təklifin azalması nəticəsində bir çox ölkələr ixrac həcmini azaltmağa məcbur olur. Əvvəllər müəyyən miqdarda ixrac edən ölkələr indi daxili tələbatı nəzərə alaraq ixracı məhdudlaşdırır. Bu isə idxaldan asılı ölkələrdə, o cümlədən Azərbaycanda qiymət artımına və idxalın azalmasına səbəb olur”.
Ət bazarında gözləntilərə gəlincə...
Emin Qəribli hesab edir ki, qısamüddətli dövrdə, xüsusilə Novruz və Ramazan bayramları ərəfəsində müəyyən qiymət artımı mümkündür:
“Lakin ciddi problem gözlənilmir. Sahibkarlar bazarı tənzimləyəcək, idxal həcmi artırıla bilər. İl ərzində cüzi artım ehtimalı var, amma kəskin bahalaşma proqnozlaşdırılmır. Bu proseslər təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə də baş verir.
Artan qiymətlər müəyyən mənada bu sahəni investisiya baxımından daha cəlbedici edir.
Rentabellik artdıqca investisiyalar yönəlir və nəticədə istehsal genişlənə, qiymətlər isə sabitləşə bilər. Lakin bu proses zaman tələb edir. Bunu müvəqqəti çətinlik kimi qiymətləndirirəm . Bazar mexanizmləri zamanla tarazlığı bərpa edə bilər. Dövlətin də iqlim dəyişiklikləri ilə bağlı xüsusi proqramlar qəbul etməsi daxili istehsalın artmasına və mövcud çatışmazlığın aradan qaldırılmasına töhfə verə bilər”.
İqtisadçı Günay Hüseynova isə bildirib ki, idxalın həcminin artmasına səbəb yerli istehsalın həcminin ilbəil azalması ilə əlaqədardır:
“İdxal qiymətlərinin əvvəlki illərlə fərqinə gəldikdə, bu, həmin ölkələrdəki qiymət artımı və inflyasiya ilə əlaqədardır. Ət bazarındakı gözləntilər barədə onu deyə bilərəm ki, yaxın gələcəkdə dövlət müdaxiləsi olmasa, qiymətlər kəskin yüksələ bilər.
Digər məsələ isə alternativ bazara yönəlmə ola bilər. Yəni qiymətlərin kəskin yüksəlməsinə qarşı alternativ bazara, məsələn, Hindistan, Pakistan bazarına daha çox yönəlmə mümkündür”.
Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Fevral 2026 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri