Icma.az
close
up
RU
Ətlə qatığın birlikdə istehlakı zərərlidir? Ekspert AÇIQLADI

Ətlə qatığın birlikdə istehlakı zərərlidir? Ekspert AÇIQLADI

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ətin yanında qatıq yemək olmaz deyən bəzi mütəxəssislər var. Maraqlı məqam burasındadır ki, sadəcə deyib keçirlər, ancaq elmi izahını vermirlər.

Bu insanların iddialarına görə, ətlə bərabər istehlak edilən qatıq ətin tərkibində olan dəmirin orqanizmdə sovrulmasının qarşısını alır, ətin keyfiyyəti də tam öldüyü üçün tərkibində olan dəmir məhv olur. Əslində isə bu, yanlış fikirdir və insanları milli dəyərlərdən, milli mətbəxdən uzaqlaşdırmaqdan başqa bir şey deyil.

Bunu Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib.

Ekspert bildirib ki, milli mətbəximizin formalaşması bütün dünyaya səs salıb: "Mən beynəlxalq münsifəm, beynəlxalq festivalların qalibiyəm və biz hər zaman bu festivallarda Azərbaycanın milli dəyəri olan mətbəximizi nümayiş etdirmişik. Bunları deməkdə məqsədim Azərbaycan mətbəxinin formalaşmasına diqqəti çəkməkdir. Bir münsif olaraq onu deyə bilərəm ki, əgər sous və qarnir ətə uyğun olmasa və ya hər hansısa bir zərəri olarsa, həmin yemək festivalda qalib ola bilməz. Unutmaq olmaz ki, qidanın dadına, görünüşünə, gigiyenasına, sağlamlığına qiymət verən münsif heyəti qida üzrə mütəxəssislərdir. Belə olduğu halda, milli dəyərimiz olan dolmanın yanında min illərdir sous olaraq qatıq verilirsə, demək ki, ətlə qatıq bir yerdə istehlak edilə bilər. Təbii ki, bunun da bir elmi izahı var".

A.Salamov qeyd edib ki, qatığın tərkibində olan kalsium ətin tərkibində olan dəmirlə zidd olduğuna görə, kalsium vücudumuza daxil olduğu zaman dəmirin sovrulmasını az olaraq əngəlləyə bilər: "Ancaq bu da kalsiumun dəmirə təsirindən asılıdır. Ayrıca, dəmirin vücud tərəfindən sovrulması, kalsium tərəfindən təsirlənməsi nazik bağırsaqlarda olan kalsiumun miqdarına da bağlıdır. Əgər biz dolmanın yanında qatıq istehlak ediriksə, qatıq da maye halındadırsa, orqanizmin onu həzm etməsi daha qısa müddətdə olacaq və həzmi asanlaşdıracaq. Unutmaq olmaz ki, ana yeməyin yanında sous qarnirdən 30% az olmalıdır ki, sağlam qida olaraq qəbul edilsin. Əgər biz 180 qram dolmanın yanında 30 qram qatıq istehlak ediriksə, burada dəmir və ya zülal itkisindən söhbət gedə bilməz. Bir sözlə, ətlə qatıq norma həddini aşmadan bir yerdə istehlak edilə bilər. Demək ki, hər şey öz çərçivəsində, normasında daha gözəldir"/ /publika.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri