Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“ETNnin son illərdə QHTlərə verdiyi qrantlar əksər hallarda güzəştlə dosttanışlara paylanılan hədiyyə olub...”

“ETNnin son illərdə QHTlərə verdiyi qrantlar əksər hallarda güzəştlə dosttanışlara paylanılan hədiyyə olub...”

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlham Əliyev: “Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istəyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq...”  

“10 il "Məktəblinin dostu" kimi möhtəşəm "layihə"nin fəaliyyət göstərdiyi məktəblərdə niyə məktəbli münaqişələri olmalıdır ki? Bu "dostlar" hara baxır, nə edir ki, məktəblilər arasında münaqişələr yaranır və bu münaqişəni də ştatlı "dostlar" yox, həmyaşıdlar həll edir? 

Tanınmış təhsil ekpserti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov redaksiyamıza Azərbaycanda təhsilə ayrılan qrantların səmərizliyi ilə bağlı “Səmərəli menecer hər manatın qədrini bilər...”  başlıqlı növbəti analitik yazısını təqdim edib. Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

Bu gün ölkədə elə bir ailə tapmaq mümkün deyil ki, təhsilin durumundan razı olsun. Vətəndaşın öz durumundan və dövlətin vətəndaşına olan qayğısından məmnunluğu təhsil sisteminin keyfiyyətindən daha çox asılıdır, nəinki digər qurumların fəaliyyətindən. Təhsil sistemində minlərlə problem və təşəbbüslər var ki, maliyyə təminatsızlığı səbəbi ilə illərlə həll edilmir. Təhsil problemlərinin həllində mühüm alətlərdən biri də təhsilə dair layihələrə qrantların verilməsidir. Bizim təhsilin ağır durumda olması səbəblərindən biri də universitetlərə, vətəndaş cəmiyyətinə, ekspertlərin faydalı və əhəmiyyətli təşəbbüslərinə qrantların verilməməsidir. Ötən yazımızda dediyimiz kimi, təhsil siyasəti tərsinə qurulduğu kimi, deyəsən, təhsildə qrant siyasəti də tərs qurulub... 

Son illər Elm və Təhsil Nazirliyi(ETN) təhsil layihələrinə qrant verməyə başlayıb. Amma verməsə idi, daha yaxşı olardı. Çünki, bu qrantların təhsilə köməyi heç hiss edilmir, əbəs yerə pullar havaya sovrulur. ETN keçən il QHT-lər üçün veridiyi təhsil qrantları da əvvəlki illərdəkindən heç nə ilə fərqlənmədi. ETN ""Gilavar Fotoqrafiya Məktəbi" təlim kursu" adlı layihəyə qrant verib. ETN bu "layihə"yə qrantlar verməklə təhsilin inkişafına nail ola bilərmi? Belə "seçim", görəsən, təhsilə olan biganəlikdən, dostlara olan hörmətdən, yoxsa selfi çəkdirməyə olan məhəbbətdən qidalanır? Belə yanaşma ilə gələn il də, yəqin, "Fotomodellərin hazırlığı kursu" layihəsinə təhsil qrantı verərlər... 

Digər bir layihə belə adlanır: "Təhlükəsiz gələcək! - Şagirdlərin təhlükəsizlik hüququnun təmin edilməsi". ETN məktəblilərin təhlükəsizliyi üçün 10 ildir "Məktəblinin dostu" adlı "İnnovasion" və "aktual" meqa-layihə icra edir, hər il buna milyonlarla pul ayırır. Bu il də əlavə bir neçə milyon ayıracaq. Belə bir vəziyyətdə bu problemin həllinə mikroqrant ayırmağın mənası nədir? Onsuz da yarıtmaz təhsil siyasəti nəticəsində məktəblilər məktəbdə yox, repetitor yanında dərs alırlar, bu məsələyə "xüsusi" diqqət yetirməyin nə mənası?.. 

Başqa bir qrant "Məktəbli münaqişələrinin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi" adlanır. 10 il "Məktəblinin dostu" kimi möhtəşəm "layihə"nin fəaliyyət göstərdiyi məktəblərdə niyə məktəbli münaqişələri olmalıdır ki? Bu "dostlar" hara baxır, nə edir ki, məktəblilər arasında münaqişələr yaranır və bu münaqişəni də ştatlı "dostlar" yox, həmyaşıdlar həll edir? Bəlkə məktəblər daha "razborşik”lər hazırlayır, xəbərimiz yoxdur? Sonra da təəccüblənirik ki, oğru dünyasına aid mahnılar təhsil müəssisələrində niyə səsləndirilir? Bəlkə daha yaxşı olar ki, "Məktəblinin dostu" layihəsinin uğursuzluğunun səbəbləri" adlı layihəyə qrant verərdiniz? Bu layihənin real icrası belə cəfəng ideyanın bizim reallığa uyğun olmadığını, müəllim-şagird münasibətlərini zədələdiyini, onun tam mənasız olduğunu üzə çıxarardı. Bu layihənin nəticəsi həm faydalı, həm də əsl mənada təhsildə rasionallaşmaya xidmət edərdi, 10 miyonlarla büdcə pulu belə mənasız işlərə israf edilməzdi, təhsilin konkret problemlərinin həllinə yönələrdi... 

Növbəti "möhtəşəm" qrant "Birlikdən biliyə" adlanır. Belə qeyri müəyyən, konkret olmayan layihənin təhsilə təsir gücü nə olacaq? Belə boş layihələrə qrantlar verməkdə ETN-nin məqsədi nədir? Bəlkə təhsil qrantları müsabiqəsi dostlara ünvanlı sosial yardım proqramıdır?.. 

Əvvəlki illərdə də təhsil layihələrinə verilən qrantların çox hissəsi təhsilə aidiyyatı olmayan, təhsil problemlərinin real həllinə xidmət etməyən ideyasız layihələr olub. Bir neçə QHT- nin eyni müsabiqədə maksimal məbləğdə (100 min manat) eyni vaxtda 2 qrant alması kimi halların olması faktları da var. 

Əvvəlki illərdə də səmərəsiz təhsil qrantlarının verilməsi mövzusunda ekspertlər tərəfindən xeyli məqalələr yazılmışdır, amma nə faydası? "Dəyirman" yenə də öz işindədir. ETN heç vaxt ictimai rəyi nəzərə almayıb, görünür şəxsi və qrup maraqları olan yerdə, milli və dövlət maraqları, ictimai rəy onlara lazım deyil. 

Ölkə prezidenti İlham Əliyevin ictimai nəzarət haqqında bildirdiyi fikirlər də heç nəzərə alınmır: 

“Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istəyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq...” 

Ölkənin maliyyə resurslarının belə israfı nə deməkdir? Eyni zamanda "Universitetlərin innovativ infrastrukturunun yaradılması", "Universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsi", "Müəllimlərin distant təkmilləşdirməsi kurslarının təşkili" kimi aktual təhsil layihələri kənara atılır. Belə "seçim"lərin edilməsi, görəsən, səriştəsizlikdəndir, yoxsa ölkə təhsilinin inkişafına zərbə vurmaq niyyətindəndir? Yəqin ki, bu qrantlar da əvvəlki illərdə olduğu kimi, güzəştlə verilib? Amma sözdə səriştəsiz fəaliyyəti pərdələmək üçün gəlişi gözəl ifadələr işlətmək heç yaddan çıxmır: "Təhsildə güzəşt vətənə xəyanətdir" (E. Əmrullayev). Görünür "islahatçı" nazir imici yaratmaq üçün belə söz oyunu da lazımdır. Reallıqda isə .... 500 min manat qrant büdcəsini ədalət və səmərə ilə xərcləyə bilməyən bir qurum, 5 milyardlıq təhsil büdcəsini səmərəli xərcləyə bilərmi? Dəniz suyunun dadına baxmaq üçün dənizin suyunu tamam içməyə ehtiyac yoxdur, bu sudan 1 qurtum içmək bəsdir... 

Bəlkə təhsilin bugünkü tənəzzülünün əsas səbəbini elə illərlə təhsildəki səhv maliyyə siyasətində axtaraq?.. Bu necə ola bilər ki, son illər təhsil büdcəsi 5 dəfə artıb, amma təhsil geriləyib? Belə "təhsil islahatı" hansı ölkədə olub? ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub. Belə güzəştlər təhsilə, cəmiyyətə, dövlətin təhsil və səmərəli maliyyə siyasətinə zərbədir. Xüsusən də təhsilə dair bütün qlobal reytinqlərdə daim aşağı pillələrdə olduğumuz bir zamanda belə israfçı qrant siyasətinin illərlə davam etməsi ciddi suallar doğurur. ETN bu suallara cavab versə, yaxşı olardı...

İlham Əhmədov, pedaqoji elmlər üzrə fəlsəfə doktoru"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Yanvar 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri