Icma.az
close
up
RU
ETSNdə şəhid ailələrinin üzvləri ilə görüş keçirildi

ETSNdə şəhid ailələrinin üzvləri ilə görüş keçirildi

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zəfər Günü ilə bağlı ETSN-də şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, 8 Noyabr-Zəfər Günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və kollektivi İkinci Fəxri xiyabanda ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini dərin ehtiramla anıb, məzarları önünə gül dəstələri düzüblər.

Daha sonra Nazirlikdə çalışan şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Görüşdə torpaqlarımızın işğaldan azad olunmasında şücaət və qəhrəmanlıq göstərən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışılıb, qüdrətli ordumuzdan, Azərbaycan igidlərinin misilsiz qəhrəmanlığından söz açılıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsinin heç bir zaman unudulmayacağı vurğulanıb.

Sonda şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları çıxış edərək onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Noyabr 2024 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri