ETX ani mesajlaşma platformalarında artan dələduzluq halları ilə bağlı xəbərdarlıq edir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 29 oktyabr, AZƏRTAC
Bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli keçidlərə daxil olmaq nəticəsində “WhatsApp” istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdləri son dövrlərdə artıb.
Bu barədə AZƏRTAC-a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Məlumata əsasən, kiberdələduzlar bu üsuldan istifadə edərək vətəndaşlara SMS vasitəsilə göndərilən təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar. Bu kodlar paylaşıldığı halda istifadəçilərin “WhatsApp” hesabları oğurlanır. Daha sonra onların adından yaxınlarına saxta mesajlar göndərilir. Beləliklə, həmin şəxslərin maliyyə vəsaiti və şəxsi məlumatlarının ələ keçirilməsinə cəhdlər edilir.
ETX vətəndaşlara bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:
• Tanımadığınız nömrələrdən gələn linkləri açmayın.
• Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.
• OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.
• Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirin.
• Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciət edin.
• Profil məlumatlarını (son görülmə, profil fotosu, status və s.) yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın.
• Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən şəxsləri belə dələduzluqlar barədə məlumatlandırın.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 29 Oktyabr 2025 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















