ETX Malayziyanın Milli CERT i ilə Anlaşma Memorandumu imzaladı
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Malayziyanın Milli CERT-i arasında onlayn formatda Anlaşma Memorandumu imzalanıb.
Modern.az Xidmətə istinadən xəbər verir ki, sənəd kibertəhlükəsizlik sahəsində təcrübə və bilik mübadiləsini təşviq etmək, eləcə də bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərin peşəkar inkişafına dəstək göstərmək məqsədi daşıyır.
Tərəflər, həmçinin informasiya təhlükəsizliyi insidentlərinin qarşısının alınması, birgə təlim və seminarların təşkili, qabaqcıl təcrübə və məlumat mübadiləsi, habelə yeni texnoloji həllər və innovativ yanaşmalar istiqamətlərində əməkdaşlıq edəcəklər.
Görüşdə tərəflər qeyd ediblər ki, bu sənəd informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində strateji tərəfdaşlığın genişləndirilməsi, həmçinin regional və qlobal təşəbbüslərdə qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:15
Bu xəbər 31 Oktyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















