Icma.az
close
up
RU
EU4Energy layihəsinin 2 ci mərhələsi çərçivəsində birgə tədbirlər keçirilib

EU4Energy layihəsinin 2 ci mərhələsi çərçivəsində birgə tədbirlər keçirilib

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqının "EU4Energy" layihəsinin 2-ci fazası çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) birgə təşkilatçılığı ilə  konfrans və ikigünlük media seminar keçirilib.

XQ xəbər verir ki, Şərq Tərəfdaşlığı ölkələrində təmiz enerji keçidinin təşviqi mövzusunda "EU4Energy" layihəsinin 2-ci mərhələsinin “Azərbaycanın energetika sektorunda əldə olunmuş nailiyyətlərin tanınması”na həsr olunmuş konfransı keçirilib. Ölkənin energetika sektorunun əsas maraqlı tərəflərini bir araya gətirən konfransda "EU4Energy" layihəsi çərçivəsində əldə edilmiş nailiyyətlər və öyrənilmiş təcrübələr ətrafında müzakirə aparılıb.

Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kujundzic deyib: "Aİ Azərbaycanda həyata keçirilən islahatların dəstəklənməsinə, dialoq, eləcə də daha təmiz, "yaşıl" və daha sıx əlaqəli enerji gələcəyinə ortaq öhdəlik yolu ilə enerji tərəfdaşlığımızın dərinləşdirilməsinə sadiqdir."

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sədri Samir Axundov bildirib: "Avropa İttifaqı ilə tərəfdaşlığımız "yaşıl" enerjiyə keçidin sürətləndirilməsi və regional qarşılıqlı əlaqəliliyin gücləndirilməsinə dair ortaq öhdəliyimizə əsaslanır. Azərbaycan bazarları birləşdirən və dayanıqlı gələcəyi dəstəkləyən modern enerji sistemi yaradır." 

Media seminarda iştirakçılara ictimaiyyətin məlumatlandırılmasında və enerji siyasətlərində şəffaflığın artırılmasında medianın rolu barədə geniş məlumat verilib. Yerli və beynəlxalq ekspertlər Azərbaycanda energetika sektorunun üzləşdiyi əsas çətinlikləri və bu çətinlikləri aradan qaldırmaq üçün nəzərdə tutulmuş tədbirlərlə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.

Enerjinin tənzimlənməsinin ən vacib aspektləri, o cümlədən enerji sektorunun strukturu, tariflərin müəyyən edilməsi, xidmət keyfiyyəti və enerji səmərəliliyi aspektləri araşdırılmaqla yanaşı, Aİ-nin qabaqcıl təcrübələri nəzərdən keçirilib.

Tədbirdə, həmçinin səmərəli ünsiyyətin təmini üçün enerji mütəxəssisləri, yüksək vəzifəli siyasətçilər və media arasında sıx əməkdaşlığın zəruriliyi vurğulanıb.

Qeyd edək ki, Konfrans Şərq Tərəfdaşlığı ölkələrində təmiz enerji keçidini təşviq edən və 18 noyabr 2025-ci il tarixinə qədər davam edən "EU4Energy" layihəsinin 2-ci mərhələsi çərçivəsində təşkil olunub. Proqramın məqsədi energetika sahəsində sağlam qanunvericilik və tənzimləmə mexanizmlərinin yaradılmasına töhfə vermək, regionun təmiz enerjiyə keçidini və enerji bazarlarının liberallaşmasını dəstəkləməkdir. 

8,5 milyon avroluq ümumi büdcə ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "EU4Energy" təşəbbüsü Avropa Enerji Tənzimləyiciləri Şurası, Beynəlxalq Enerji Agentliyi (BEA) və Enerji İcması Katibliyi tərəfindən birgə həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri