“Eurofighter” qırıcılarının Türkiyəyə satışı ilə bağlı Britaniyadan açıqlama
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Böyük Britaniya xarici işlər naziri Devid Lemmi “Eurofighter Typhoon” qırıcılarının Türkiyəyə satışı ilə bağlı danışıqların müsbət nəticələnəcəyinə əmin olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Türkiyə KİV-ə açıqlamasında deyib.
“Eurofighter Typhoon” təyyarələrinin Türkiyəyə mümkün ixracı ilə bağlı irəliləyiş əldə etməyə davam edirik və əminik ki, “Eurofighter” konsorsiumunun dörd tərəfdaşı da bu satışı dəstəkləyəcək”, - nazir qeyd edib.
Lemminin fikrincə, Eurofighter-lərin Türkiyəyə satışı NATO-nun əsas müttəfiqləri arasında onilliklər ərzində formalaşmış dostluq əlaqələrini gücləndirəcək.
Xatırladaq ki, “Eurofighter” konsorsiumuna Britaniya ilə yanaşı, Almaniya, İtaliya və İspaniya daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 30 İyun 2025 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















