Icma.az
close
up
RU
“Eurolux”un rəhbəri evini satdı 289 min manatı işçisi ələ keçirdi

“Eurolux”un rəhbəri evini satdı 289 min manatı işçisi ələ keçirdi

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Bakıda və regionlarda fəaliyyət göstərən “Bergamo” MMC-yə məxsus “Eurolux” mağazalar şəbəkəsinin rəhbəri Günay Kərimova dələduzluqla üzləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkətdə maliyyəçi vəzifəsində çalışan 1979-cu il təvəllüdlü Bəhruz Məmmədov rəhbərliyin 289 min manat pulunu ələ keçirdiyinə görə ona cinayət işi açılıb.

Cinayət Məcəlləsinin 176.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxsə sentyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Bildirilib ki, hadisədən əvvəl Günay Kərimova Nərimanov rayonunda yerləşən mənzilini 365 min manata satıb və daha böyük sahəli ev axtarmağa başlayıb. Bu müddətdə pulun bir hissəsini xərclərinə sərf edib və əlində qalan 289 min manatı dollar valyutasına çevirərək saxlamaq istəyib. G.Kərimova rəhbərlik etdiyi şirkətdə maliyyəçi olan Bəhruza həmin pulu 170 min dollara çevirərək gətirməsini istəyib. Lakin Bəhruz 289 min manatı götürərək ələ keçirib və geri qaytarmayıb.

Barəsində cinayət işi açılan B.Məmmədov ifadəsində bildirib ki, pulu dollara çevirməsi üçün Emil adlı tanışına verib. Lakin Emil bir müddət yubatdıqdan sonra ona 170 min dollardan cəmi 60 minini qaytarıb. Daha sonra isə Emil Bəhruza ev və iki avtomobil verib. Öz növbəsində Bəhruzla Emil bir-birindən hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə G.Kərimova ərizə verərək artıq ona dəymiş zərərin ödənildiyini bildirərək şikayətini geri götürüb.

Bəhruza 2 il sınaq müddəti ilə şərti cəza verilib və barəsindəki ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.

Aslan Vəliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri