Icma.az
close
up
RU
Euronews: Sülh Azərbaycan üçün yeni turizm qapısı açır

Euronews: Sülh Azərbaycan üçün yeni turizm qapısı açır

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Euronews" telekanalının saytında yayımlanmış məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişi nəticəsində region dünyanın ən yeni, sistemli əlaqələrə malik turizm mərkəzlərindən birinə çevrilməyə qədəm qoyur. Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid telekanala müsahibəsində belə bir fürsətin ölkəmiz üçün böyük imkanlar yaradacağını vurğulayıb.
Direktorun sözlərinə görə, uzun illərdə, Cənubi Qafqazı əhatələmiş münaqişə şəraiti həm turizm, həm də iqtisadiyyat sahəsində əlaqələrin inkişaf tapmasına, innovasiyaların yayılmasına maneə törədib.
"Sərhədlərin açılması çoxtərəfli ölkə turlarına şərait yaradacaq. Bu, xüsusilə birdən çox ölkəni eyni səfər çərçivəsində gəzmək istəyən turistlər üçün maraq doğuracaq", – o deyib.

(Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid)
Telekanal məlumat verir ki, müasir infrastruktura və beynəlxalq bazarlarda güclü əlaqələrə malik Azərbaycan yeni ziyarətçi axını üçün əlverişli mövqe tutur. Ölkə son 10 ildə bir sıra hava limanına, hotelə və müxtəlif turizm obyektinə ciddi sərmayə qoyub.
"Sülh investorların inamını artırır, qlobal brendlərdə bazarımıza qarşı maraq oyadır. Azərbaycan gözlənilən turist axınına effektiv cavab verməyə hazırdır. Yeni turist axını əvvəla tur operatorlarına, hava yollarına, hotellərə və investorlara fayda gətirəcək", – Florian Zenqstşmid deyib.
Asharq Al-Awsat: "Azərbaycan Avrasiyada yeni logistika mərkəzidir"
Direktor vurğulayıb ki, regionun yeni turizm potensialının üzə çıxmasında təkmilləşdirilmiş nəqliyyat əlaqələri böyük rol oynayacaq. Yeni nəqliyyat istiqamətləri sülh şəraitində turizmin inkişafına təkan verəcək:
"Yeni yolların açılması nəticəsində səyahət müddəti də azalacaq. Eyni zamanda, Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi ölkənin mərkəz rolunu gücləndirir. Belə bir potensial Azərbaycanda həm ictimai-mədəni, həm tibbi, həm də işgüzar turizmin inkişafına töhfə verəcək. Bu imkanlar ölkəmizin qlobal istiqamət səviyyəsində rəqabət qabiliyyətini də artıracaq".
Florian Zenqstşmidin sözlərinə görə, sülh Cənubi Qafqaz haqqında beynəlxalq təsəvvürləri dəyişir, regionu insanların nəzərində sabit və qonaqpərvər məkana çevirir:
"Belə bir vəziyyət regiona ilk dəfə gəlmək istəyənləri daha da həvəsləndirir, həmçinin tur operatorlarında regionu daha fəal tanıtmağa inam yaradır".
Paraflanmış sülh sazişində ən vacib məsələ Ermənistanın cənubundan keçməsi planlaşdırılan 43 kilometrlik tranzit dəhlizidir. Bu dəhliz Azərbaycanı həm Naxçıvanla, həm də Türkiyə vasitəsilə Avropa bazarları ilə birləşdirəcək. Yeni reallıq Azərbaycanın turizm sənayesi üçün təkcə yeni imkanlar yaratmır, eyni zamanda, ölkənin imicini təhlükəsiz, sistemli və açıq mərkəz kimi yenidən formalaşdırır.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Sentyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri