Icma.az
close
up
RU
“Euronews” telekanalı Azərbaycanın Naxçıvan bölgəsinə süjet həsr edib

“Euronews” telekanalı Azərbaycanın Naxçıvan bölgəsinə süjet həsr edib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 29 oktyabr, Tatyana İvanayeva, AZƏRTAC

“Euronews” telekanalı “Explore Azerbaijan” rubrikasının son bölümündə Azərbaycanın Naxçıvan bölgəsinin təbiət möcüzələrini araşdırıb.

AZƏRTAC xəbər verir ki, “Euronews” müxbiri Anka Ulea “Around Azerbaijan” silsiləsinin bir hissəsi olaraq bu dəfə Naxçıvan Muxtar Respublikasına səyahətə çıxıb. Jurnalist vurğulayır ki, əsas məqsədi özü və təbiətlə yenidən əlaqə qurması olub...

“Həftəsonu mənimlə Naxçıvana gəlin”, -deyə Anka təklif edir. O əlavə edir: “Gəlin bu gözəl bölgədə sağlamlıq və istirahət mədəniyyəti ilə tanış olaq”.

Süjetdə qeyd edildiyi kimi, Naxçıvan unikal bir yerdir. Məlumatda İran, Ermənistan və Türkiyə arasında yerləşən Azərbaycanın muxtar diyarının heyrətamiz dərəcədə müxtəlif mənzərələrə malik olduğu vurğulanır. Əzəmətli qaya formasiyaları və dağlar əsrlər boyu əfsanələrə və yerli folklora ilham verib. Lakin bu quraq torpağın səthinin altında təbii bir xəzinə gizlənir: bölgənin ən böyük sağlamlıq turizmi mərkəzi olan Duzdağ duz mağaraları.

“Mən yavaş-yavaş yeraltına, 110 metr dərinliyə enirəm”, deyə Anka həyəcanla deyir. “Temperatur nəzərəçarpacaq dərəcədə aşağı düşür. Burada sabit 18 dərəcə Selsi temperatur var və yayın istisindən qaçmaq üçün ideal yerdir. Mağaranın qoxusu dərhal hiss olunur: kəskin və duzlu. Heç vaxt duzun qoxusunun olduğunu düşünməmişdim”.

Sovet dövründə bu mağara mədən idi, indi isə sanatoriya və turistik məkandır. Süjetdə qeyd edildiyi kimi, dünyanın hər yerindən insanlar astma xəstəliyindən bronxitə qədər tənəffüs yolları problemlərini müalicə etmək üçün buraya gəlirlər.

“Duzdağ Terapiya Mərkəzi 1979-cu ildən bəri fəaliyyət göstərir”, -deyə sağlamlıq mərkəzinin baş tibb bacısı Nuranə Mirzəyeva deyir. Onun sözlərinə görə, labirinti təşkil edən tunellərin ümumi uzunluğu 46 kilometr, girişdən palatalara qədər isə 360 metrdir.

Bütün ziyarətçilər üçün turlar mövcud olsa da, çarpayılar göndərişli xəstələr üçün ayrılıb. Bu xəstələrin 70 faizindən çoxu uşaqlardır. Tibb bacısı vurğulayır: “İnsanlar adətən bizə tənəffüs yolları xəstəlikləri ilə gəlirlər. Buradakı havada 19-21 mq/m3 natrium xlorid ionları var. Bu, əla göstəricidir və bronxial astma kimi müalicəsi çətin olan xəstəliklərdən tam sağalmanı təmin edir”.

Daha sonra “Euronews” telekanalının müxbiri kitabxanaya baş çəkib və keçmiş pasiyentin birbaşa mağara divarlarına həkk etdiyi heyvan oymalarına heyran qalıb. Duzdağdan ayrılmazdan əvvəl Anka mağaranın çayxanasında çay içib və sanki səs-küylü dünyadan uzaq, sakit və dinc atmosferdə qısaca meditasiya edib.

Anka Ulea yerin altında daxili rahatlıq tapdıqdan sonra Naxçıvanın ən gözəl yerlərindən biri olan Batabat gölünün dağ zirvələrinə yollanıb. Batabat gölü dəniz səviyyəsindən 2500 metr yüksəklikdə, Şahbuz dağ bölgəsində yerləşir. Ankanın sözlərinə görə, bu ərazini hamıdan yaxşı tanıyan “Nakhchivan Travel” şirkətinin bələdçisi Səidə Musayeva ilə birlikdə göl sahilində gəzintiyə çıxıb. Səidə deyir: “Əslində, Batabat Naxçıvanın şimalında sıx meşələri olan mənzərəli Alp qismində vadidir. İnsanlar buraya piknik və gəzinti üçün gəlirlər, ona görə də bu dağların həmin məqsəd üçün ideal olduğunu demək olar. Bu məkanı turistlər daha çox sevirlər”.

Bələdçi Ankaya Batabatda məşhur olan gözəl mənzərələri - göldə sərbəst üzən adaları və ilboyu axan büllur kimi şəffaf buzlu suları olan Zorbulaq bulağını göstərir. Müxbir deyir: “Gölün ətrafında dərman bitkiləri və qida məqsədilə istifadə olunan bitkilər bitir. Yaz və yay aylarında onları bələdçi ilə götürə və ilboyu təzə balın da satıldığı açıq hava mağazalarında ala bilərsiniz”.

Batabat gölü yerli sakinlər arasında da məşhur piknik yeridir. Buna görə də qızlar qəlyanaltı almaq və öz pikniklərini təşkil etmək üçün yaxınlıqdakı bir kəndə yollanır. “Bu, ənənəvi Azərbaycan yeməyi olan qutabdır”, - deyə Səidə Ankaya baxaraq izah edir. O, göyərti, ispanaq və yaşıl soğanla bişirilən qutabı jurnalistə təklif edir. Daha sonra digərlərinə də işarə edir: “Bunlar nazik xəmirdən hazırlanır və tərkibində müxtəlif içliklər - göyərti, ət, pendir var”.

Ankanın sözlərinə görə, daha sonra əsl ziyafət qurulur: tərəvəz və ət qutabı, təndirdən çıxmış təzə çörək, turşuya qoyulmuş tərəvəzlər, qoz-fındıq və soğan piroqları. Bütün bunlar Naxçıvan ləzzətləridir... Ankanın vurğuladığı kimi, heç bir Azərbaycan ziyafəti isti çay olmadan tamamlanmış sayıla bilməz...

“Naxçıvanda səyahət etmək sözün əsl mənasında təmiz hava ilə nəfəs almaq kimidir”, - deyə Anka Ulea heyranlıq və həvəslə süjeti yekunlaşdırır. O əlavə edir: “Bu dağların zirvələrindən Duzdağ duz mağaralarının dərinliklərinə qədər bütün məkanlara etdiyiniz səyahət öz köklərinə qayıdış, insan üçün artıq olan hər şeydən təmizlənmiş həyatdan zövq almaq üçün əla bir fürsətdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri