Icma.az
close
up
RU
“Eurovision qaydaları dəyişdi: Bir neçə ölkə hələ də iştirakını təsdiqləmir“ BBC

“Eurovision qaydaları dəyişdi: Bir neçə ölkə hələ də iştirakını təsdiqləmir“ BBC

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"EBU səsvermə qaydalarını yeniləyir - yarımfinala münsiflərin qaytarılması və reklam məhdudiyyətləri..."

"Eurovision" mahnı müsabiqəsində səsvermə qaydaları yenilənib. Avropa Yayım Birliyi (EBU) yeni dəyişiklikləri elan edib. 

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com"' nəşri yazıb.

Onların arasında yarımfinal mərhələsinə yenidən peşəkar münsiflərin qaytarılması və iştirakçıların reklamına dair məhdudiyyətlər var. Bu qərarlar təsadüfi deyil. 2025-ci ildə keçirilən müsabiqədən sonra tamaşaçı səsverməsinin nəticələri ilə bağlı narazılıqlar, şübhələr və mübahisələr uzun müddət gündəmdə qalıb.

İsrail ətrafında gərginlik və iştirakçıların şərti tələbi

Hazırda bir neçə ölkə, o cümlədən Niderland, İrlandiya və İspaniya  2026-cı ildə Vyanada keçiriləcək müsabiqədə iştirakını hələ təsdiqləməyib. Onların şərti açıqdır: İsrail müsabiqədən kənarlaşdırılmalıdır. Bu tələb Qəzza ilə bağlı davam edən hərbi əməliyyatlarla əlaqələndirilir.

Yeni qaydalar nələri dəyişir?

EBU-nun açıqlamasına görə, dəyişikliklərin məqsədi "etik davranışı gücləndirmək, şəffaflığı artırmaq və tamaşaçı etimadını bərpa etməkdir". Dəyişikliklər həm EBU üzvlərinin rəyinə əsaslanır, həm də müstəqil audit nəticəsində hazırlanıb.

Əsas məqamlar belədir: 2026-cı ildən həm iştirakçılar, həm də onları təmsil edən yayım şirkətləri reklam kampaniyalarında fəal iştirak edə bilməyəcək. Üçüncü tərəflər,  o cümlədən dövlət qurumlarının təşkil etdiyi reklamtanıtım kampaniyaları da qadağaya düşür. Səsvermə nəticəsinə təsir etməyə cəhd edənlər cəzalandırılacaq.

EBU qaydaların niyə dəyişdirildiyini açıq şəkildə deməsə də, səbəb məlumdur: 2025-ci ildə İsraili təmsil edən Yuval Rafaelə hökumət tərəfindən sosial media və reklam dəstəyi göstərildiyi barədə məlumat geniş müzakirə olunub.

Rafael tamaşaçı səsverməsində rekord - 297 xal qazansa da, münsiflər siyahısında cəmi 14-cü ola bilib. Nəticədə ikinci yeri tutub. Aparılmış yoxlamadan sonra EBU qayda pozuntusu olmadığını açıqlayıb, lakin qalmaqal yadda qalıb.

Səsvermə sistemi yenilənir

2026-cı ildə tamaşaçılar yalnız SMS, zəng və ya onlayn istənilən üsulla, əvvəlki illərdəki kimi 20 deyil, 10 dəfə səs verə biləcək. Yarımfinallarda münsiflərin səsi bərpa olunur: nəticə 50 faiz münsiflərin, 50 faiz tamaşaçıların səsi ilə müəyyən ediləcək.

Hər ölkədə münsiflər heyəti 5 nəfər yox, 7 nəfərdən ibarət olacaq və onlardan ən azı ikisi 18-25 yaş arasında olmalıdır. Məqsəd - gənc auditoriyanın marağını daha real əks etdirməkdir. EBU həmçinin səsvermədə manipulyasiyanı müəyyən etmək üçün texniki mexanizmləri gücləndirəcəyini bildirib.

Kimlər iştirak edəcək?

Dekabrda EBU-nun Baş Assambleyasında üzv ölkələr yeni qaydalarla rəsmi tanış olacaq və qərar verəcək: iştirak edəcəklər, ya yox. Tərəflərdən gözlənti odur ki, tam iştirakçı siyahısı Milad bayramına qədər açıqlansın. Artıq məlumdur ki, Bolqarıstan, Moldova və Rumıniya pauzadan sonra müsabiqəyə qayıdır.

Bununla yanaşı, bir neçə ölkə, xüsusilə Niderland, İrlandiya və İspaniya İsrailin müsabiqədən uzaqlaşdırılması barədə qərar verilməyənə qədər iştirak məsələsini açıq saxlayır. Bu mövzu üzrə səsvermə noyabrda keçirilməli idi, lakin Yaxın Şərqdə vəziyyətin dəyişməsi fonunda dekabra təxirə salınıb.

Müsabiqə nə vaxt keçiriləcək?

"Eurovision-2026" Avstriyanın paytaxtı Vyanada 12-16 may tarixlərində baş tutacaq. Bu dəyişikliklər bir şeyi göstərir: "Eurovision" artıq sadəcə musiqi yarışması deyil, o, həm mədəni, həm də siyasi mövqelərin toqquşduğu beynəlxalq platformaya çevrilib. Bu dəfə qaydalar musiqidən daha çox qaydaların özünün müzakirə mövzusu olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Noyabr 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri