Icma.az
close
up
RU
Ev alıb kirayə vermək, yoxsa banka pul qoymaq Hansı daha sərfəlidir?

Ev alıb kirayə vermək, yoxsa banka pul qoymaq Hansı daha sərfəlidir?

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mənzil sahibi olmaq istəyi cəmiyyətimizdə uzun illərdir ən əsas hədəflərdən biri kimi qalır. Bir çox insan üçün ev təkcə yaşayış yeri deyil, həm də sabitlik və gələcək təminatı anlamına gəlir. Bununla belə, artan daşınmaz əmlak qiymətləri və uzunmüddətli kredit öhdəlikləri insanları daha ehtiyatlı seçim etməyə məcbur edir. Digər tərəfdən isə kirayə bazarı müəyyən çeviklik versə də, aylıq xərclərin davamlılığı ayrıca maliyyə planlaması tələb edir. Bakıda ev almaq üçün banka 20 il borclu qalmağa dəyər, yoxsa kirayədə yaşayıb pulu başqa investisiyalara yönəltmək daha məntiqli seçimdir.
Milli.Az xəbər verir ki, Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli Azərbaycanda bu məsələnin müəyyən qədər cəmiyyətin davranış qaydaları ilə də bağlı olduğunu bildirib.
"Bizdə kirayə mənzildə yaşamaq mədəniyyəti geniş yayılmayıb. İnsanlar kirayədə qalmağa o qədər də meylli deyillər, əksəriyyət ev sahibi olmaq istəyir. Halbuki mənzillərin qiyməti kifayət qədər yüksəkdir. Buna baxmayaraq, insanlar yenə də mənzil almağa üstünlük verirlər. Çünki alınan ev təkcə yaşayış üçün deyil, eyni zamanda gəlir mənbəyi və yatırım aləti kimi də istifadə olunur. Yəni vətəndaş düşünür ki, həm özü istifadə edəcək, həm də lazım gəldikdə kirayə verərək gəlir əldə edə biləcək. Digər tərəfdən, Azərbaycanda alternativ investisiya alətləri kifayət qədər inkişaf etməyib".
O deyib ki, qiymətli kağızlar bazarı geniş deyil, iqtisadi aktivliyi artıracaq digər mexanizmlər də məhduddur:
"Nəticədə, insanların əlində olan artıq vəsait üçün əsas istiqamət daşınmaz əmlak olur. Bu isə bazarda tələbi artırır və qiymətlərin yüksəlməsinə səbəb olur. Əgər ölkədə birjalar inkişaf etsə, qiymətli kağızlar bazarı genişlənsə və etibarlı, şəffaf investisiya alətləri formalaşsa, vətəndaşların seçim imkanları da artar. Bu halda insanlar vəsaitlərini yalnız əlavə mənzil almağa deyil, digər sahələrə də yönəltmək barədə daha çox düşünərlər".
Qeyd edək ki, investisiya strategiyaları üzrə mütəxəssis Aleksandr Baxtin deyib ki, artıq ev alıb kirayə vermək gəlirli yatırım deyi. O, bunun səbəbini artan vergilərlə əlaqələndirib.

Milli.Az 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Aprel 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri