Icma.az
close
up
RU
Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı şəhərində öz mənzilinə sahib olmaq bir çox gəncin əsas hədəflərindən biridir. Lakin artan qiymətlər, şərtlər bu arzunu reallığa çevirməyi çətinləşdirir. Son vaxtlar əmlak qiymətlərinin fantastik şəkildə artması ya ev almaq istəyənləri bu arzudan uzaqlaşdırır, ya da daha ağıllı və strateji qərarlar verməyə vadar edir. Maraqlıdır, bir gənc mənzil şəraitini yaxşılaşdırmaq istəyirsə, hansı variantlardan istifadə edə bilər?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Şəhərin güvənilən tikinti şirkətlərindən biri daxili kreditlə üç illik kreditlər təklif edir. Lakin evlərin iki-üç il ərzində hazır olacağını bildirirlər. Üçotaqlı mənzil üçün 48 853 manat ilkin ödəniş verməli, 36 ay ərzində 3 166 manat ödəməlisiniz. Mənzilin nağd dəyəri isə 162 843 manat təşkil edir. Şirkətlərin uzunmüddətli ipoteka şərtləri də mövcuddur. Mənzillərin bir kvadratmetri 1 900-2 000 manatdan başlayır. Təbii ki, yerləşmə yerinə görə qiymətlər dəyişir. Şəhərin mərkəzinə doğru gəldikdə, ilkin ödəniş 60-70 minə qədər artır. Digər tikinti şirkəti isə 20-30 faiz ilkin ödənişlə kvadratmetri 1 900-2 290 manatdan başlayan qiymətlərlə mənzil təqdim edir. Tikinti şirkətlərinin daxili kreditlərinin orta hesabla illik faizi 10 faizdir. İlkin ödəniş 10-30 faiz arasında dəyişir. Müqavilə birbaşa tikinti şirkəti ilə imzalanır. Müddəti maksimum 20 ildir.

MİDA, ipoteka kreditləri, bank üsulu...

Həmçinin ev almaq istəyən gənc ailələr üçün digər üsullar da mövcuddur. Bunlardan ən sərfəlisi Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzil layihəsidir. Əsas üstünlükləri ondan ibarətdir ki, evlərin qiymətləri bazar qiymətindən aşağıdır və illik dörd faizlə 30 ilədək güzəştli ipoteka krediti imkanı verir. Mənzillər tam təmirli təqdim edilir.

İkinci üsul dövlət ipoteka kreditləridir. Güzəştli ipoteka illik dörd faizlə 30 ilədək müddətdə, adi ipoteka isə illik 6-8 faizlə 25 il müddətinə qədər verilir. İlkin ödəniş kimi seçdiyiniz mənzilin qiymətinin ən azı 10 faizini ödəməlisiniz.

Növbəti üsul kommersiya banklarının ipoteka kreditləridir. Dövlət ipotekası ilə müqayisədə bankların faiz dərəcələri yüksəkdir. İllik 10-15 faiz arasında dəyişir və 25 il müddətinə verilir.

İlkin ödənişi sərfəli olan variant

Mənzil sahibi olmaq istəyənlər üçün növbəti layihə İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil layihəsidir. Bu layihə Bakı, Abşeron, Sumqayıt, Masazırda təqdim olunub. "Dərnəgül" metrostansiyası yaxınlığında yerləşən sonuncu layihədə birotaqlı evlərin aylıq qiymətləri 954, ikiotaqlı evlərin qiyməti isə 1 300 manatdan başlayır. Bu mənzillərdə kirayə müddəti bitdikdən sonra mənzil mülkiyyətə keçirilir. Bu layihəni digərlərindən fərqləndirən mühüm cəhət ilkin ödənişinin az olmasıdır. İlkin ödəniş aylıq qiymətlərin 12 mislidir.

"Hazırda ev alanlar uduzmaz"

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, daşınmaz əmlak qiymətlərində bahalaşma müşahidə olunub: "Növbəti illərdə də qiymət artan templə davam edəcək. Bu il qiymət artımına söküntü işlərinin aparılması, ipoteka kreditlərinin verilməsi təsir etdi. Amma bu qiymətlərlə də hazırda ev alan şəxslər uduzmaz".

Mütəxəssis deyir ki, hazırda qiymətlər infrastrukturun inkişaf etdiyi yerlərdə yüksəkdir.

"Yeni tikililər bazar qiymətindən xeyli yüksəkdir"

Mənzil axtarışında olanlar düşünürlər ki, köhnə tikililərdən mənzil almaq daha sərfəlidir. Mütəxəssis bildirir ki, hazırda yeni tikililərin alıcısı daha çoxdur: "Yeni tikili daha müasir olduğu üçün onun alıcısı çoxdur. Köhnə tikililərdən mənzil almaq istəyənlər daha çox plana düşəcək ərazilərdən almağa çalışır. Çünki plana düşən ərazilərdən alınan əmlakla sonra onun yerində yenidən ərsəyə gələn mənzilin qiymətləri arasında ən az 25-30 faiz fərq olur".

Həmsöhbətimiz bildirir ki, dövlət ipotekası ilə ev almaq daha sərfəli hesab olunur: "Dövlət ipotekası şərtlərinə hər kəs cavab vermir. Amma daxili kreditlə ev almaq daha rahatdır. İlkin ödənişi çox etdikdə, bəzən endirim almaq imkanınız da olur. Amma ipotekanın üstünlüyü odur ki, köhnə tikililərdən də ev almaq mümkündür. Daxili kreditlərə 2026-cı ildən müraciət etməyi daha sərfəli hesab edirəm. Çünki hazırda bazarda çox mənzil təqdim edilmir və rəqabət də azdır. 2026-cı ildə satışa çıxarılacaq mənzillərin sayında artım olması gözlənilir. Rəqabət çox olduqda, endirimlə mənzil sahibi olmaq şansı artır".

Ev tikmək sərfəli deyil?

Bəziləri torpaq sahəsi alıb fərdi ev tikməyi daha sərfəli hesab edir. Əmlak eksperti vurğulayır ki, hazırda bu üsul o qədər də sərfəli deyil: "Əslində, bu gün torpaq alıb ev tikmək sərfəli deyil. Köhnədən ərsəyə gələn əmlakı almaq və üzərində müəyyən tikinti işləri etmək daha sərfəlidir. Tikinti materialları da bahalaşdığından ev tikmək baha başa gəlir".

Ev alarkən diqqət edilməli məqamlar...

Mütəxəssis vurğulayır ki, Bakıda mənzil almaq istəyən alıcılar həm yeni tikililərdə, həm də köhnə evlərdə bir sıra vacib məqamlara diqqət yetirməlidirlər. Çünki müəyyən risklər mövcuddur və alıcıların hüquqlarını qorumaq üçün əvvəlcədən məlumatlı olmaq önəmlidir: "Köhnə mənzillərdə əsas risk aşınmadır, binanın fiziki olaraq köhnəlməsidir. Aşınmış tikililərdə yaşayış üçün təhlükəsizlik və əlavə təmir xərcləri alıcının üzərinə düşə bilər. Belə mənzillər alınmazdan öncə texniki baxış və ekspertiza tələb olunur. Yeni tikililərdə isə daha fərqli, lakin bir o qədər də vacib problemlər ortaya çıxır. Ən çox rast gəlinən hallardan biri müqavilədə göstərilən ümumi sahə ilə çıxarışda qeyd olunan faktiki sahə arasındakı fərqdir. Tikinti şirkətləri bəzən çöl divarlarını da ümumi sahəyə daxil edərək müqavilə bağlayır. Bu isə qanunvericiliyə ziddir. Məsələn, müqavilədə 100 kvadratmetr olaraq göstərilən mənzil, çıxarışda 82-85 kvadratmetr ola bilər. Bu da 15-17% arası sahə itkisi deməkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyun 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri