Icma.az
close
up
RU
Ev almaq istəyənlərin nəzərinə Qiymətlər dəyişəcək

Ev almaq istəyənlərin nəzərinə Qiymətlər dəyişəcək

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Hər il martın sonundan başlayaraq avqustun sonuna qədər torpaq sahələrinə və fərdi yaşayış evlərinə tələbat çoxalır. Bu səbəbdən həmin aylarda bu tip əmlakların qiymətlərində artımlar müşahidə olunur”.

Bunu əmlak ekserti Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hal-hazırda fərdi yaşayış evləri və torpaq sahələrinin satış saytlarına nəzər salsaq, elanların sayı digər aylardan daha çoxdur:

“Vətəndaşların torpaq sahələrinə yay aylarında daha çox maraq göstərməsinin əsas səbəbi həmin aylarda tikintilərin daha qısa müddətdə tamamlanması ilə bağlıdır. Digər tərəfdən həmin aylarda xüsusən də bağ evlərinə tələbat xeyli artır. Mənzillərə olan tələbat isə son illərdə daha çox ipoteka predmetinə çevrilə bilən əmlaklara yönəlib. Satılan əmlakların son üç illik statistikasına nəzər salsaq, onların böyük bir hissəsi müxtəlif kredit şərtləri ilə əldə olunub. Bu səbəbdən çıxarışı olmayan, lakin ümumi sahəsi daha çox olan yeni tikili binalardakı mənzillərin satışlarında ləngimələr müşahidə olunsa da, dəyəri orta hesabla 150-250 min manat arası olan əmlaklara tələbat daha yüksəkdir”.

E.Fərzəliyev qeyd edib ki, fərdi yaşayış evlərinin və torpaq sahələrinin satış qiymətləri onların yerləşdiyi ərazilərə görə dəyişir:

“Torpaq sahələrinin satış qiymətinə nəzər salsaq, çıxarışlı və çıxarışsız torpaqlar arasında demək olar ki, iki dəfəyə qədər qiymət fərqi var. Çıxarışlı torpaqların satış qiymətləri çıxarışsız torpaqlardan iki dəfə baha təklif olunur. Həmçinin, əvvəlki illərdə torpaq sahələrinə tələbat daha çox paytaxt Bakıya və Bakı ətrafına yönəlsə də, son illərdə xüsusən də ölkənin turistik zonalarındakı torpaq sahələrinə və fərdi evlərə maraq daha çox artıb. Vətəndaşlar artıq bağ evlərini Bakı ətrafında deyil, daha çox bölgələrdə, xüsusən də turistik zonalarda inşa edirlər. Mövsüm aylarda həmin evlərdə dincəlsələr də, digər aylarda həmin mənzilləri gündəlik və ya aylıq kirayə verərək əlavə gəlir əldə edirlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Aprel 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri