Icma.az
close
up
RU
Ev almaq niyə çətinləşir? AÇIQLAMA

Ev almaq niyə çətinləşir? AÇIQLAMA

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı son dövrlərdə xüsusilə nəzərə çarpır. 2025-ci ilin birinci rübündə mənzillərin qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Bu artım həm yeni, həm də təkrar bazar mənzillərində müşahidə olunub və iqtisadi şərtlərin dəyişməsi ilə əlaqədar müxtəlif faktorlar üzərində dayanılır. Ekspertlər qiymət artımının əsas səbəbləri arasında manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, daşınmaz əmlakın investisiya olaraq daha cəlbedici hala gəlməsi və bazardakı tələbin artması kimi faktorları qeyd edirlər. Eyni zamanda, qəzalı binaların sökülməsi və ipoteka kreditlərinin artması da bu bahalaşmada mühüm rol oynayıb. Bu vəziyyət bazarda yeni dinamikanın yaranmasına və ev alqı-satqısında dəyişikliklərə səbəb olub.

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin birinci rübündə mənzillərin qiyməti 2024-cü ilin eyni dövrünə nisbətən ortalama 14,4 faiz qalxıb. Artım ilk dəfə satışa çıxan mənzillərin qiymətində 12,9 faiz, təkrar bazarda isə 14,4 faiz təşkil edib. Qiymət artımı sözügedən dövr üzrə inflyasiya göstəricisindən 2,6 dəfə çox olub.

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə bu artımın iqtisadi əsasları var:

"Həm manatın alıcılıq qabiliyyəti, həm də daşınmaz əmlakın investisiya cazibədarlığının yüksəlməsi və hazırda Azərbaycanda kapital yığımının əsas istiqamətlərindən biri kimi müəyyən olunması evlərin qiymətlərinin artmasına səbəb olur". Vüqar Oruc deyir ki, mənzillərin bahalaşmasının digər səbəbi qəzalı binaların sökülməsinə başlanılmasıdır. Prosesin mənzil bazarında tələbatın artacağı ilə bağlı gözləntilər yaratması qiymətlərin yüksəlməsinə səbəb olur".

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə bahalaşmanı ipoteka kreditlərinin verilməsi ilə əlaqələndirir. Mərkəzi Bankın maliyyə sabitliyi hesabatında bildirilib ki, 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunsa da, sonrakı illərdə artım davam edib. Bütövlükdə rəsmi statistikaya görə, 2020-ci ilin sonu ilə müqayisədə 2024-cü ilin eyni dövründə mənzillərin qiymətləri orta hesabla 32,4 faiz artıb.

Asya
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Aprel 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri