Ev inşa etdirmək istəyənlərin DİQQƏTİNƏ İyunun sonuna kimi...
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkəmizə idxal olunan armaturlarla bağlı Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, bundan sonra "dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar"ın (dəmir armaturlar) 1 tonu üçün 150 manat, müxtəlif nomenklatur kodlar altında təsnif olunmuş şüşə listlərin 1 tonu üçün isə 100 manat gömrük yığımları tətbiq ediləcək.
Müvafiq qərar cari ilin iyunun 30-na qədər qüvvədə olacaq.
Bu dəyişiklik armaturun qiymətlərinə nə qədər təsir edə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu dəyişiklik idxal xərclərini artırır, buna görə idxalçılar əlavə xərci məhsulun satış qiymətinə yansıda bilərlər:
“Bu isə potensial olaraq armaturun qiymətinin yüksəlməsinə səbəb ola bilər. Lakin qiymət artımı birbaşa və dərhal baş verməyəcək, çünki daxili bazarda istehsalın miqdarı, qlobal polad qiymətləri, tələbin həcmi və digər logistika xərcləri də rol oynayır.
Müvəqqəti tədbir olduğu üçün yığımın qüvvədə olduğu dövr bitdikdən sonra bu təsir azalacaq. Beləliklə, yaxın aylarda idxaldan asılı olan bazarlarda qiymət artımı müşahidə oluna bilər, amma nə qədər və hansı tempdə artacağı bir sıra bazar faktorlarından asılıdır”.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 15 Yanvar 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















