Icma.az
close
up
RU
Ev tikdirmək, yoxsa hazır ev almaq daha sərfəlidir? AÇIQLAMA

Ev tikdirmək, yoxsa hazır ev almaq daha sərfəlidir? AÇIQLAMA

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Bakıda hazır ev almaq, yoxsa tikdirmək məsələsi geniş müzakirə olunan məsələlərdən biridir. Bu sual son zamanlar əmlakla maraqlanan bir çox insanın ağlını qarışdırır.

BAKU.WS-in məlumatına görə, qiymətlərin artması, tikinti materiallarının bahalaşması və söküntü xəbərləri fonunda bu qərarı vermək daha da çətinləşib.

Hər iki variantın üstünlükləri və çatışmazlıqlarını təqdim edirik:

Hazır ev almağın üstünlükləri

Zaman qənaəti – Ev artıq hazırdır, sənədləşmə tamamlandıqdan sonra dərhal köçə bilərsiniz.

İnfrastruktur – Əksər hallarda hazır evlər şəhərin inkişaf etmiş, kommunikasiya ilə təmin olunmuş ərazilərində yerləşir.

Kredit və ipoteka imkanı – Banklar hazır mənzillərə daha asan ipoteka verir.

Risk azlığı – Tikinti ilə bağlı gecikmə, keyfiyyətsiz iş və ya sənəd problemi kimi risklər minimuma enir.

Mənfi cəhətlər:

Bahalı ola bilər – Xüsusilə mərkəzdə yerləşən yeni tikililərdə kvadrat metri 2500–3500 AZN-dək yüksələ bilər.

Zövqə uyğun olmaya bilər – Layihə və interyer dəyişiklikləri əlavə xərc tələb edə bilər.

Ev tikdirməyin üstünlükləri

Daha sərfəli qiymətə başa gələ bilər – Xüsusilə şəhərdən kənar torpaq alınıb, mərhələli şəkildə tikinti aparıldıqda ümumi xərc daha aşağı ola bilər.

Tam öz zövqünüzə uyğun tikilir – Layihə, otaqların sayı, materiallar və digər detalları siz seçirsiniz.

Gələcəkdə kirayə və ya satış üçün daha əlverişli ola bilər – Yaxşı layihə və keyfiyyətli tikinti bazar dəyərini artıra bilər.

Mənfi cəhətlər:

Zaman və enerji tələb edir – Tikinti prosesi aylarla, hətta illərlə çəkə bilər.

Büdcə riski – Tikinti zamanı qiymət dəyişə bilər, əlavə xərclər yarana bilər.

İcazə və sənədləşmə çətinlikləri – Şəhərsalmaya uyğunluq, çıxarış almaq və digər prosedurlar zaman alır.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BAKU.WS-ə açıqlamasında bildirib ki, ev tikdirmək hazır ev almaqdan daha ucuz başa gəlir:

"Uzun illər bina evlərində yaşayan şəxslərin həyət evləri almaq halları çox olur. Lakin şəhərin mərkəzində həyət evi almaq xeyli baha başa gəlir. Şəhərdən kənarda fərdi yaşayış evinə malik olmaq əlçatan olur. 

Hesab edirəm ki, ev tikdirmək hazır ev almaqdan daha ucuz başa gəlir. Lakin bəzən bunun əksini də görə bilərik. Burada müəyyən obyektiv səbəblər var. 200 kvadratlıq həyət evini inşa etmək üçün minimum 350 kvadratlıq torpaq sahəsi lazımdır. Bu torpaq sahəsini misal üçün Xırdalandan almaq istəsək, bizə 80 min manat  və onun üzərində 200 kvadratlıq fərdi yaşayış evini inşa etmək üçün orta hesabına təqribən 500 manatdan götürsək, 100 min manat əlavə pul lazımdır. 

Texniki şərtlər və digər məsələləri nəzərə alsaq 200 min manat məbləğ alınacaq. Lakin Xırdalanda 200 min manata və ya daha az məbləğə evlər də tapmaq olur. Bu məsələdə bir az zövqlər böyük rol oyanyır. Evin otaqlarının sayı, forması və sahəsi vacib rol oynayır. Yəni kimsə öz zövqünə uyğun və daha funksional ev istəyirsə, onda tikdirməyə üstünlük verir. Ancaq əksi olanda daha ucuz qiymətə hazır ev tapmaq olur". 

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 May 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri