Icma.az
close
up
RU
Ev tikəcəyinə söz verdi, 42 nəfəri aldatdı: 400 min manat mənimsədi

Ev tikəcəyinə söz verdi, 42 nəfəri aldatdı: 400 min manat mənimsədi

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Özünü "Elegant Construction" və bir neçə tikinti şirkətinin rəhbəri kimi təqdim edərək 42 nəfərin külli miqdarda vəsaitini mənimsəyən şəxsə hökm oxunub.

Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1977-ci ildə Füzuli rayonuda doğulmuş Elmir M. adlı şəxs internet saytlarında və sosial şəbəkələrdə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri ərazisində ucuz və hissə-hissə ödəniş şərtləri ilə fərdi yaşayış evlərinin inşası, təmiri və satışını həyata keçirməsi ilə bağlı elanlar paylaşıb. Elmir insanlarda bu yolla inam yaratmaqla, onların etibarından sui-istifadə edib və 42 nəfərin 400 min manata yaxın vəsaitini mənimsəyib.

O, bu işin icrası üçün 2019-cu ildən metronun "Memar Əcəmi" stansiyası yaxınlığında icarəyə ofis götürüb. Əməllərindən xəbərsiz olan bir neçə nəfəri işə götürərək, fəaliyyət göstərib.

Nəticədə təqsirləndirilən şəxs Fatmayı, Ceyranbatan və digər yerlərdə ev tikmək istəyən 42 nəfərdən 8, 12, 22, 40, 44 min və digər məbləğlərdə vəsait alaraq mənimsəyib. O, birmərtəbəli tikilməli və tam təmirili təhvil verilməli olan ev üçün zərərçəkmiş şəxslərdən 39900 manatan 81 min manata qədər pul istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Elmir özünü təqsirli bilib. O, zərərçəkmiş şəxsləri aldatmasına səbəb kimi özünün də 360 min manat pul almalı olduğu iş üzrə zərərçəkmiş qismində tanındığını deyib: "360 min manatımı vermədilər deyə, insanları aldatmalı oldum".

O bildirib ki, həmin işlə bağlı ona vurulmuş maddi ziyan tam ödənilmədiyi üçün zərərçəkmişlərin pulunu tam qaytara bilmir.

Məhkəmənin qərarı ilə Elmir Cinayət Məcəlləsinin 178.3.2 və 306.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib və səkkiz il altı ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, "Elegant Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Ramazanlı Nicat Məhəmməd oğludur. Təqsirləndirilən şəxs "Avangard" MMC-nin də adından istifadə edərək cinayət törədib. Özünü "Elegant Construction" və bir neçə tikinti şirkətinin rəhbəri kimi təqdim edərək 42 nəfərin külli miqdarda vəsaitini mənimsəyən şəxsə hökm oxunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Aprel 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri