Icma.az
close
up
RU
Ev yeməyinə QAYIDIŞ Restoranlar üçün hansı problemləri yaradır?

Ev yeməyinə QAYIDIŞ Restoranlar üçün hansı problemləri yaradır?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

“Son dövrlərdə “ev yeməyinə qayıdış” mövzusu geniş müzakirə olunur və bu tendensiyanın restoran sektoruna ciddi təsir etdiyi iddia edilir. Lakin mövcud vəziyyətə daha dərindən baxdıqda görürük ki, məsələ yalnız evdən yemək gətirilməsi ilə izah olunacaq qədər sadə deyil.”
Bunu son zamanlar iş yerlərində yaranan yeni trendlə bağlı Bizim.Media-ya danışan marketoloq Elxan Mərdanlı deyib.
O, əlavə edib ki, əslində bazarda baş verənlər istehlakçı davranışının daha kompleks şəkildə dəyişməsi ilə bağlıdır:
“İnsanlar daha az yeməyə başlayıb. Buna səbəbsə qənaət yox, həyat tərzidir. Bugünkü istehlakçı əvvəlki kimi çox yeməyə deyil, daha az və daha balanslı qidalanmağa üstünlük verir.
 

Artıq çəki, sağlam həyat tərzi və vizual görünüş faktorları xüsusilə şəhər əhalisi arasında ciddi rol oynayır. Nəticədə insanlar daha az porsiya seçir, daha yüngül qidalanır. Gün ərzində “snack” tipli qidalara üstünlük verilir.


Bu isə restoranların klassik “set menyu” modelini zəiflədir. Problem ondadır ki, menyular hələ də köhnə istehlak modelinə uyğun qurulub”.
Qiymət artımı qaçılmaz idi...
Müsahibimiz vurğulayıb ki, bu artımın səbəbi restoranların “çox qazanmaq istəyi” deyil, struktur xərclərin yüksəlməsidir:
“Əsas faktorlar yüksək icarə haqları, kommunal xərclərin artması, ərzaq qiymətlərinin bahalaşması və işçi qüvvəsinin maya dəyəridir. Bu şəraitdə restoranın qiyməti aşağı salmaq imkanı faktiki olaraq yoxdur. Nəticədə müştəri qiyməti yüksək görür, amma biznes üçün bu, artıq minimum rentabellik həddidir”.
Turistlər restoranların əsas qazanc yeridir.
Marketoloq bəzi restoranların boş qalmasına səbəb kimi turist axınının zəifləməsini görür:
“Ən kritik və çox vaxt diqqətdən qaçan məqam məhz turizmdir. Dünyanın demək olar ki, bütün ölkələrində xidmət sektoru, restoran biznesi, kafe və əyləncə sahələri əsasən turist axını hesabına ayaqda qalır. Hazırda isə yerli bazarda turistlərin sayı nəzərəçarpacaq dərəcədə azdır. Bu isə o deməkdir ki, restoranlar yalnız yerli müştəriyə güvənir. Yerli bazarın alıcılıq qabiliyyəti isə məhduddur. Nəticədə dövriyyə düşür və bu, bağlanmaların əsas səbəblərindən birinə çevrilir”
Elxan Mərdanlı hesab edir ki, restoranlara gündəlik axının azalmasının digər səbəbi isə nahar davranışıdır:
“Böyük şəhərdə tıxac, vaxt itkisi, iş tempinin yüksək olması insanları alternativlərə yönəldir. Amma bu alternativ “ev yeməyi” deyil. Daha çox “tez, rahat və kiçik həcmli qidalanma”dır. Yəni insanlar restorana getmədiyi üçün evdən yemək gətirmir, sadəcə naharı daha praktik şəkildə həll edir”.

2026 “qənaət ili” yox, “adaptasiya ili”dir.
Mütəxəssis hesab edir ki, 2026-cı ili yalnız “qənaət ili” kimi xarakterizə etmək düzgün olmaz:
“Daha doğru yanaşma budur: bu il istehlakçının adaptasiya etdiyi ildir. İnsanlar daha düşünülmüş şəkildə pulunu xərcləyir. Daha selektiv seçim edir və daha funksional xidmətlərə üstünlük verir.
 

Bu isə o deməkdir ki, restoran sektoru da dəyişməlidir. Böyük porsiyalar kiçik və çevik menyularla, uzun nahar sürətli xidmətlə və bahalı interyer real dəyərlə əvəzlənməlidir. Ona görə də restoran sektorunda baş verən dəyişiklikləri yalnız “ev yeməyinə qayıdış” kimi izah etmək səthi yanaşmadır.


Əslində problem dəyişən istehlakçı davranışında, artan əməliyyat xərclərində, turist axınının zəifləməsində və vaxtın daha dəyərli olmasındadır. Bu reallığı düzgün qiymətləndirənlər yeni şəraitə və tələblərə uyğunlaşacaq, digərləri isə bazardan çəkilmək məcburiyyətində qalacaq”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Aprel 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri