Evdə biznes dəbə çevrilir: Nədən pul qazanmaq olar?
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son illər evdə gəlir əldə etməyə imkan verən kiçik biznes modellərinə maraq artır.
Sosial şəbəkələr və onlayn satış platformaları məhsul və xidmətlərin evdən təqdim edilməsini asanlaşdırsa da, belə fəaliyyətin davamlı biznesə çevrilməsi yalnız satış imkanlarından deyil, düzgün sahə seçimi, xərclərin hesablanması və vergi öhdəliklərindən də asılıdır.
Azərbaycanda sahibkarlıq fəaliyyətinə başlayan şəxslərin vergi uçotuna alınması və fəaliyyət növündən asılı olaraq müvafiq vergi öhdəliklərini yerinə yetirməsi tələb olunur.
Bəs ev şəraitində biznes qurmaq istəyənlər üçün hansı sahələr daha perspektivlidir?
İqtisadçı-ekspert İlqar Hüseynov “Cebheinfo.az”-a bildirib ki, son illər evdən və ya kiçik məkanlardan idarə olunan bizneslərə marağın artdığını müşahidə etmək olar:
“Buna bir neçə amil təsir edir: sosial şəbəkələrin satış platformasına çevrilməsi, elektron ticarətin inkişafı, ilkin kapitalın bəzi sahələrdə nisbətən az olması və insanların əlavə gəlir mənbələri axtarması. Xüsusilə “Instagram”, “TikTok”, “Facebook” və müxtəlif onlayn satış platformaları evdən biznes qurmağı daha əlçatan edib.
Əvvəllər mağaza və ya ofis icarəyə götürmək vacib idisə, indi bir çox məhsul və xidməti birbaşa evdən təqdim etmək mümkündür. Azərbaycanda evdən idarə olunan daha perspektivli sahələr sırasında onlayn ticarət, evdə hazırlanan qida və şirniyyat məhsulları, dərzilik və əl işləri, gözəllik və kosmetik xidmətlər, repetitorluq və onlayn təlimlər, dizayn, proqramlaşdırma, SMM və digər rəqəmsal xidmətlər göstərilə bilər. Evdən biznesə başlayan şəxs ilk növbədə bütün xərcləri əvvəlcədən hesablamalıdır.
Buraya avadanlıq və xammal, qablaşdırma, çatdırılma, reklam, internet və kommunal xərclər, eləcə də gözlənilməz xərclər daxildir. Kiçik bizneslərdə ən böyük səhvlərdən biri gəliri mənfəətlə qarışdırmaqdır”.
O qeyd edib ki, satışdan əldə olunan bütün vəsait sahibkarın qazancı deyil:
“Maya dəyəri və digər xərclər çıxıldıqdan sonra real mənfəət müəyyən edilir. Hüquqi və vergi məsələlərinə də ciddi yanaşmaq lazımdır.
Fəaliyyətin xarakterindən və dövriyyəsindən asılı olaraq sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsi, vergi uçotu, müvafiq vergi rejiminin seçilməsi və hesabat öhdəlikləri nəzərə alınmalıdır. Mənim fikrimcə, ev biznesinə başlamağın ən sağlam yolu kiçik həcmdə sınaq satışları ilə başlamaq, bazarın reaksiyasını ölçmək və yalnız bundan sonra fəaliyyəti genişləndirməkdir.
Böyük kredit və ya yüksək ilkin xərc olmadan, real tələbə əsaslanan mərhələli inkişaf daha az risklidir. Yekun olaraq, evdən biznes qurmaq əlavə gəlir əldə etmək üçün yaxşı imkan yarada bilər. Ancaq bunun davamlı və sabit gəlir mənbəyinə çevrilməsi üçün sadəcə məhsul hazırlamaq kifayət deyil”.
İqtisadçı qeyd edib ki, bazar araşdırması, düzgün maliyyə hesablaması, hüquqi və vergi məsələlərinin vaxtında həlli, keyfiyyətli xidmət və müştəri etimadının formalaşdırılması əsas şərtlərdir.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 10 Sentyabr 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















