Icma.az
close
up
RU
Evdə böyük fərqlə uduzmamalıydıq Şahin Diniyev Qurban Qurbanovun seçimini şərh etdi

Evdə böyük fərqlə uduzmamalıydıq Şahin Diniyev Qurban Qurbanovun seçimini şərh etdi

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Qarabağ” Avropa Liqasının əsas mərhələsində üçü evdə olmaqla 4-cü dəfə uduzdu. Halbuki “Lion” üzərində qələbə ağdamlıları pley-off zonasına qaytaracaqdı. Ancaq çempionumuzun ümumilikdə yaxşı təsir bağışlamasına baxmayaraq, qələbə qazanmaq mümkün olmadı.

İndi ümid yalnız son üç oyundakı nəticələrlə bağlıdı. Turnir cədvəlində elə sıxlıq yaranıb ki, bir qələbə istənilən komandanın xeyli irəliləməsinə səbəb olur. Onu da xatırladaq ki, “Qarabağ” deksabrın 12-də səfərdə “Elfsborq”, yanvarın 23-də evdə FKSB, 30-da isə səfərdə “Olimpiakos” ilə qarşılaşacaq.
Bəs “Qarabağ” niyə “Lion”la bacara bilmədi – fərdi səhvlər, yoxsa komandalar arasındakı səviyyə fərqi önəmli rol oynadı? “Qarabağ” üçün hər şey bitdimi?
“Futbol+”in bu suallarına təcrübəli mütəxəssis Şahin Diniyev cavab verdi.

"Oyun hamını, bütün azarkeşləri təsirləndirdi. Hesab oyuna görə deyildi. "Qarabağ"ın qol vəziyyətləri var idi. Sadəcə, ustalıq keyfiyyəti oyunun nəticəsini həll etdi. "Lion" maksimum nəticə qazandı. "Qarabağ"da isə tələskənlik vardı. Sanki tez qol vurub irəli keçməyə tələsirdilər. Tələsəndə də qol vəziyyətlərindən istifadə edə bilmədilər. Hesab gözlənilməz oldu. Evdə böyük fərqlə uduzmamalıydıq. "Qarabağ" bir çox imkanı qaçırmasaydı, indi başqa cür danışırdıq. Belə oyunda ilk qol çox vacibdi. Birinci qolu vura və ya hesabı bərabərləşdirsəydik, nəticə başqa ola bilərdi. Ancaq bu da "Qarabağ"ın oyun sistemi, fəlsəfəsidi. Xoşbəxtliyi rəqib qapısında axtararaq hücuma gedirlər. Müdafiəni etibarlı qurub əks-hücumlarda da nəticəyə oynamaq olardı. Seçim baş məşqçinindi. Əlində olan futbolçular hücum futbolu oynamağa daha yaxındılar deyə, belə taktika seçir. Təəssüflənmək olmaz. Bu futboldu, çox hücumçu ilə irəli atılırsansa, avtomatik arxada boşluqlar yaranacaq. Bu boşluqlardan da belə komandalar maksimum yararlanır. Bundan sonra şans varmı? Var. "Qarabağ" elə futbol oynamır ki, şansı olmasın, yaxud da deyək ki, bununla bitdi. Komandanın hər oyunda göstərdiyi futbol bizə ümid verir. Qorxaq oyun nümayiş etdirmir, müdafiədə “oturmur”, hər oyunda qol vəziyyəti yaradır. “Qarabağ”ın son üç oyunda qalib gəlmək şansı var”.


RÖYANƏ OĞUZ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Dekabr 2024 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri