Evdə “daş kimi” qatıq hazırlamağın sirləri açıqlandı
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Evdə hazırlanan qatığın həm dadlı, həm də bərk alınması üçün bir neçə vacib məqama diqqət yetirmək lazımdır. Əsas amillər isə temperatur və gözləmə müddətidir.
Demokrat.az xəbər verir ki, ideal qatığın alınması üçün mayalanma prosesi orta hesabla 4–6 saat davam etməlidir. İlin fəslindən asılı olaraq bu müddət dəyişə bilər. Yaz və yay aylarında hava isti olduğu üçün qatıq adətən 4–5 saata hazır olur. Qış aylarında isə temperatur aşağı olduğundan 6 saata qədər gözlətmək lazım gəlir.
Bldirilir ki, qatıq mayalandıqdan dərhal sonra istehlak edilməməlidir. Daha yaxşı nəticə üçün qabı bükülü vəziyyətdə və ya sobada saxladıqdan sonra ən azı 24 saat soyuducuda gözlətmək tövsiyə olunur. Bu, qatığın daha bərk olmasına kömək edir.
Mayalanma prosesində südün temperaturu da mühüm rol oynayır. Süd nə çox isti, nə də çox soyuq olmalıdır. Ən uyğun temperatur təxminən 42–45 dərəcə hesab olunur. Südü ocaqdan götürdükdən sonra bir qədər soyumasını gözləmək lazımdır. Barmağınızı südə saldıqda 6–7 saniyə dözə bilirsinizsə, deməli temperatur mayalanma üçün uyğundur.
Daha yaxşı nəticə əldə etmək üçün mümkün olduqda təbii kənd südündən istifadə etmək məsləhət görülür. Süd bişirilərkən onu çömçə ilə qaldırıb tökmək, yəni sovurmaq faydalıdır. Bu üsul südün içindəki suyun bir hissəsinin buxarlanmasına səbəb olur və nəticədə qatıq daha bərk alınır.
Mayanın otaq temperaturunda olması da vacib şərtlərdən biridir. Mayanı əvvəlcə az miqdarda südlə qarışdırıb durulaşdırmaq, sonra əsas qazana əlavə etmək tövsiyə olunur. Qazanın qapağını bağlamazdan əvvəl üzərinə kağız dəsmal qoymaq isə buxarın yenidən qatığın içinə düşməsinin qarşısını alır və qatığın sulanmasına imkan vermir.
Son vaxtlar geniş yayılan üsullardan biri də sobada mayalama metodudur. Qatıq qablara töküldükdən sonra ağzı bağlanmadan 40–50 dərəcəyə qədər qızdırılıb söndürülmüş sobada 4–5 saat saxlanılır. Bu üsul temperaturun bərabər qalmasına kömək edir və qatığın daha bərk alınmasını təmin edir.(milli.az)
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Evdə Coca Cola hazırlamağın sirri açıqlandı
13 Oktyabr 2026 11:15
Daş kimi qatıq neçə saata mayalanır İdeal qatıq mayalamağın sirrləri
16 Fevral 2026 02:10
Tehranda daş daş üstə QALMADI
20 Mart 2026 09:20
SÜMÜKLƏRİ DAŞ KİMİ GÜCLƏNDİRƏN 5 VİTAMİN
17 Noyabr 2024 15:47
Alma boyda çiyələk, daş kimi pomidor
24 Aprel 2025 13:36
Baxış sayı:182
Bu xəbər 14 Mart 2026 06:07 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları