Icma.az
close
up
RU
“Evdə” ilk sınaq, “Neftçi” üçün liderlik şansı

“Evdə” ilk sınaq, “Neftçi” üçün liderlik şansı

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasında sabah IX tura start veriləcək. Açılış günündə iki matç baş tutacaq. “Araz-Naxçıvan” “Qəbələ”ni, “Zirə” isə “Sumqayıt”ı qəbul edəcək.

“Şəfa” bu turda “Kəpəz”lə, “İmişli” “Şamaxı” ilə qarşılaşacaq. “Neftçi” azarkeşləri önündə “Turan Tovuz”u sınağa çəkəcək. Turun mərkəzi görüşündə lider “Sabah” “Qarabağ”la üz-üzə gələcək.

23 oktyabr, 15:00 Araz-Naxçıvan – Qəbələ

Bu mövsüm liqada qələbəsi olmayan yeganə kollektiv “Araz-Naxçıvan”dır. İlə Cavid Hüseynovla başlayan klub VI turdan sonra mütəxəssislə vidalaşıb və yerinə Yuri Maksimovu gətirib. Lakin məşqçi dəyişikliyi hələlik fayda vermir. “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında çıxdığı iki matçda da məğlub olub. Komandanın oyun planında hələlik nəzərəçarpacaq irəliləyiş yoxdur. Maksimov və kollektivi üçün “Qəbələ” ilə matç dönüş nöqtəsi əhəmiyyəti daşıyır.

“Qırmızı-qaralar” da uğursuz zolaqdadır. Bölgə təmsilçisi bu mövsüm cəmi bir qələbə qazanıb. Kaxaber Sxadadzenin istefaya göndərərək baş məşqçi postuna Yeton Bekirini gətirən “Qəbələ” rəhbərliyi hələlik istədiyi nəticələri əldə edə bilmir. Komanda yeni çalışdırıcının rəhbərliyi altında keçirdiyi  iki oyunda 8 qol buraxaraq hər iki görüşdən məğlub ayrılıb.

Həm Maksimov, həm də Bekiri uğursuz seriyaya son qoymaq istəyir. Komandaların oyunlarına nəzər salsaq, hər ikisinin sistemli futboldan uzaq olduğu görünür. Şamaxıdakı görüş bu baxımdan hansı kollektivin daha üstün olduğunu göstərəcək.

23 oktyabr, 19:00 Zirə – Sumqayıt

Komandaların şəxsi duellərinə diqqət yetirsək, meydan sahiblərinin böyük aşkar fərqi var. “Zirə” altı ildir, “kimyaçılar”a məğlub olmur. Bu, keçmişə dair statistikadır. Lakin komandanın indiki durumu ürəkaçan deyil.

“Zirə”də əsas problem heyətlə bağlıdır. Mövsümə yaxşı başlayan Eren Aydın formasından uzaq düşüb. Volkov son matçlarda aktivlik göstərsə də, yetərli deyil. Müdafiədə hər matç boşluq verilir. İntizamı ilə seçilən arxa xətt əvvəlki əzəmətini itirib.

Rəşad Sadıqovun “drujinası” son beş oyunda qələbə qazanmayıb. Komanda avqustun 30-da “Neftçi”yə qalib gəldikdən sonra üç xala həsrət qalıb. “Qartallar”ın son dörd oyununun üçündə eyni hesab qeydə alınıb – 1:1.

“Sumqayıt” isə rəqibindən fərqli olaraq yaxşı formadadır. “Kimyaçılar” son iki matçda qələbəyə sevinib. “Qəbələ”ni 4 qolla məğlub edən “Gənclik şəhəri” təmsilçisi ötən turda da “Araz-Naxçıvan”a geridönüşlə qalib gəlib. Görünür, baş məşqçi Filipe Kandido yavaş-yavaş fəlsəfəsini aşılaya bilir. “Zirə” ilə matç portuqaliyalıya komandasının durumunu görmək üçün ciddi sınaq olacaq.

24 oktyabr, 16:30 Şəfa – Kəpəz

Mövsümün autsayderlərindən olan Bakı klubu cəmi 1 qələbə qazanıb və 7 dəfə məğlub olub. Ötən turda “Şamaxı” səfərində 2:0 hesablı üstünlük əldə edən “Şəfa” hesabı qoruya bilməmiş və yekunda son dəqiqədə buraxdığı qolla məğlub olmuşdu.

Debütant yay transfer dönəmində heyətini tamamilə dəyişib. 8 tur arxada qalsa da, komandada adaptasiya problemləri hiss olunur. Vurulan qollar da futbolçuların fərdi ustalıqları hesabına olub. Komandada sistemli oyun hiss edilmir. Daha çox müdafiə futboluna üstünlük verən “Şəfa” matçlarda nəticəyə oynamağa çalışsa da, bacarmır. Sərgilənən futbol və turnir cədvəlindəki durum bir-birinə uyğundur.

“Kəpəz” isə artırmaqdadır. Gəncə təmsilçisi 4 matçdır, uduzmur. Bu, “Kəpəz”in son illərdə yaxaladığı ən yaxşı seriyadır. Gəncəlilər həm evdə, həm də səfərdə inamlı təsir bağışlayır. 7 qarşılaşmada 11 xal toplayan “sarı-göylər” Bakı səfərində də favorit qismində olacaq.

24 oktyabr, 19:00 Neftçi – Turan Tovuz

Turun prinsipial qarşılaşmalarından biri Bakıda keçiriləcək. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Neftçi” çətin günlər keçirən “Turan Tovuz”u qəbul edəcək. Favorit “ağ-qaralar”dır.

Çempionluğa iddialı bakılılar ötən turda “Qarabağ”la matçda qələbəni son dəqiqələrdə əldən verdi. Buna baxmayaraq, komandanın sərgilədiyi oyun müsbət rəylə qarşılanır. Yuri Vernidubun komandası bu mövsüm nə “Qarabağ”a, nə də “Sabah”a uduzub. Son illərin ən yaxşı “Neftçi”si kimi dəyərləndirilən “ağ-qaralar” rəqiblərinin  duelinin olduğu həftədə qələbə qazanaraq, yerini möhkəmləndirmək və liderliyə yüksəlmək niyyətindədir.

“Turan Tovuz” isə qeyri-stabilliyi ilə diqqət çəkir. Kurban Berdıyevin oyun sistemi artıq hər kəs tərəfindən əzbərlənib. Ötən turda “İmişli”yə məğlubiyyət Tovuz camiəsində narahatlığı artırıb. Gedişat dəyişməzsə, Berdıyevlə yolların ayrılması gündəmə gələ bilər.

25 oktyabr, 15:00 İmişli – Şamaxı

Baş məşqçi Fərid Namazovla yollarını ayırdıqdan sonra ilk sınağında güclü “Turan Tovuz”a qalib gələn “İmişli” bu nəticənin təsadüf olmadığını sübut etməyə çalışacaq. Komanda müvəqqəti Ervins Perkonsa tapşırılıb və mütəxəssis birinci “imtahan”dan yaxşı qiymət aldı. “Pələnglər”in oyun planı dəyişməyib. Müdafiədə intizamlı oynayan, əks-hücumlara bel bağlayan “İmişli”nin “Şamaxı” qarşısında hansı futbolu nümayiş etdirəcəyi maraqla gözlənilir.

“Şamaxı” isə Azər Bağırovun rəhbərliyi altında yüksəlişdədir. Ötən turda “Şəfa”nı 0:2-dən geridönüş edərək məğlub edən “şirlər” Yevlaxdakı matçın da favoritidir. Komanda sistemli oyun sərgiləyir. Bağırovun oyun ərzində etdiyi əvəzetmələr, demək olar ki, hər matçda öz bəhrəsini verir. Təsadüf deyil ki, komanda bu mövsüm cəmi bir qarşılaşmada məğlub olub. Çətin səfərlərdən xalla dönməyi bacaran “Şamaxı” ev oyunlarında qələbələləri sıralayır.

25 oktyabr, 18:00 Sabah – Qarabağ

Çempionlar Liqasında Dortmund “Borussiya”sına məğlub olan “Sabah” liqada itkisiz irəliləyir. “Bayquşlar” bu mövsüm bir oyunda – “Neftçi” ilə matçda qələbə qazana bilməyib. 19 xalla zirvədə qərarlaşan  “futuristlər” 17 xalla ən yaxın izləyicisi “Qarabağ” məğlub edərək xal fərqini artırmağa çalışacaq.

Son çempion hazırda ən yaxşı oyun sərgiləyən kollektivdir. Mövsümün əvvəlində rotasiyalar edən və ikinci heyətlə liqa matçlarına çıxan Dambrauskas ehtiyat qüvvəni də gücləndirməyi bacarıb.

Görüş “Sabah”ın yeni “evində” – “Sabah Arena”da (“Dalğa Arena”) keçiriləcək.

“Qarabağ” isə formasına tam qovuşmayıb. “Atlılar” “Neftçi” ilə matçda əzmkar dönüş etsə də, müdafiədə ciddi problemlər var. Hücumda isə yaradıcılıq çatmır. “Sabah”la görüş komandanın yenidən liderliyə yüksələ bilməsi üçün fürsətdir. “Futuristlər” son həftələrdə həm liqa, həm də Çempionlar Liqası matçlarına çıxır və bu sıx qrafik “Qarabağ”a üstünlük yarada bilər.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Oktyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri