Icma.az
close
up
RU
Evdə iynə vurmaq, sistem köçürtmək dayandırılmalıdır Adil Qeybulla

Evdə iynə vurmaq, sistem köçürtmək dayandırılmalıdır Adil Qeybulla

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ötən həftə keçirdiyi mətbuat konfransında qeyd edib ki, tibb bacılarının evdə iynə vurmasına icazə yoxdur.

Qeyd edək ki, tibb bacılarının evdə iynə vurması, sistem köçürməsi ilə tez-tez rastlaşırıq. 

Bəs evdə iynə vurulan zaman səhvə yol verildikdə tibbi baxımdan hansı fəsadlar yarana bilər?

Tibb eksperti, professor Adil Qeybulla Redaktor.az-a açıqlamasında bildirdi ki, istənilən bir qayda-qanunu ölkəmizə tətbiq edərkən dünya təcrübəsinə diqqət etməliyik:

"Xüsusilə Azərbaycan səhiyyə sahəsində, ictimai həyatın digər sahələrində Qərb standartlarına keçirsə, bu vacibdir. Dünyanın heç bir yerində evdə hansısa inyeksiya etmək, venadaxili sistem dediyimiz infuziyalar aparmaq icazəli deyil. Əgər belə bir hal baş verərsə və bundan bir ağırlaşma da olarsa, bu, çox ciddi hüquqi məsuliyyət yarada bilər. Ona görə də dünyada belə bir şey yoxdur. Bizdə də olmamalıdır. Tibb bacısı tapıb evdə sistem köçürtməyə biz uzun müddətdir adət etmişik. Bu şeylər, əslində, dayandırılmalıdır".

Professorun sözlərinə görə, evdə inyeksiyalar və infuziyalar aparmağın neqativ tərəfləri odur ki, burada sterillik, aseptika, antiseptika qaydalarının necə gözlənildiyi bilinmir.

"Tibb bacılarının böyük əksəriyyəti hal-hazırda - niyə böyük əksəriyyəti deyirəm - onların hətta tibb məktəblərində oxuyanlarının da bəzən görürsünüz ki, kifayət qədər nəzəri savadları yoxdur. Böyük əksəriyyət də gedib oradan-buradan müxtəlif idarələrdən yalançı diplomlar alırlar, guya ki, üç aylıq kurs və s. keçiblər. O diplomların heç bir hüquqi qüvvəsi yoxdur. Yəni bunları Səhiyyə Nazirliyi, digər qurumlar tanımır, Elm və Təhsil Nazirliyi tanımır, tanıya da bilməz. Ona görə də bu məsələ çox ciddidir.

Əgər bu inyeksiyadan evdə hər hansı bir anafilaktik şok olacaqsa, insan onun qarşısını necə ala bilər? Ona görə də antibiotikdən, digər dərmanlardan evdə ölüm halları xeyli var. Hətta stasionarda bəzən bunun qarşısını almaq çətin olur, nəinki evdə. O baxımdan da mən düşünürəm ki, bunun artıq vaxtıdır ki, evdə inyeksiyalar və infuziyalar olunmasın", - deyə Adil Qeybulla vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Dekabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri