Evdə tək buraxılan 1 yaşlı uşaq aclıqdan xəstəxanalıq oldu, vəziyyəti ağırdır
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tovuzda ana 1 yaş 3 aylıq uşağı ölümə tərk edib.
Ölkə.Az xəbər verir ki, bu iddia ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə çıxış edib. O, vəziyyəri ağır olan körpənin xəstəxanaya yerləşdirildiyini deyib.
K.Ağazadənin sözlərinə görə, azyaşlı hazırda Bakıda Respublika Pediatriya Mərkəzində müalicə alır:
“Körpə davamlı olaraq ac qalıb, bədənin bütün mineralları tükənib. Bədənində su balansı bərbaddır, ac qalmaqdan bağırsaq keçilməzliyi yaranıb. Şiddət göstərilmə ehtimalı var. Səs tonu yuxarı olduqda titrəməyə başlayır, çəki azlığı var. 1 yaş 3 aylıq uşaq 5 kq çəkidədir. Qarnında elə köp var ki, ürəyi yükləyib, taxikardiyası var.
Tovuzdan olan körpənin vəziyyətinin ağır olması uzun müddət aclıqdan əziyyət çəkməsi ilə əlaqədardır. Bu fikir mənə həkimlərin uşağın anamnezi ilə bağlı bildirdiklərindən formalaşıb.
Əgər bütün bunlar həkimlərin təqdim edəcəyi arayışlar ekspertiza rəyi olaraq qəbul edilərsə, bu qadına mütləq cinayət işi açılmalı və o cəzasını almalıdır”, - deyə o bildirib.
Billurə

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 27 Mart 2025 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















