Evdə tək filminin ulduzu Ketrin OHaranın ölüm səbəbi məlum oldu
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Evdə tək" filmində Makoley Kalkinin obrazının anasını canlandıran aktrisa Ketrin O'Haranın ölüm səbəbi ağciyər emboliyası olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" ölüm şəhadətnaməsinə istinadən məlumat yayıb.
Los-Anceles dairəsindən verilən sənədə görə, 71 yaşlı aktrisanın ölümünün birbaşa səbəbi ağciyər emboliyası olub. Ölüm haqqında şəhadətnamədə əsas xəstəlik kimi yoğun bağırsaq xərçəngi göstərilir. Sənəddə, həmçinin aktrisanın kremasiya edildiyi bildirilir.
Qeyd olunub ki, sənədi imzalayan onkoloq aktrisanı ötən ilin mart ayından müalicə edib və onu sonuncu dəfə yanvarın 27-də görüb. Ketrin O'Hara yanvarın 30-da Kaliforniyanın Santa Monika şəhərindəki xəstəxanada vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 10 Fevral 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















