Icma.az
close
up
RU
Evdəki köhnə ədyal ailəni milyonçu etdi

Evdəki köhnə ədyal ailəni milyonçu etdi

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Bəzən evdə illərlə istifadə olunan adi bir əşya insanın həyatını tamamilə dəyişə bilir. ABŞ-də ana və qızın uşaqlıq xatirələri ilə bağlı köhnə bir ədyal da onları milyonlarla dollar gəlir gətirən biznesin sahibinə çevirib.

"Yeni Sabah" xəbər verir ki, ABŞ-li Kristina Livada və anası Bet Haller LaSala uşaqlıq illərində ailənin hamısının istifadə etmək istədiyi "Lamby" adlı yumşaq ədyaldan ilham alaraq "ChappyWrap" brendini yaradıblar.

Livadanın sözlərinə görə, bu ədyal uzun illər ailələrinin ən sevimli əşyalarından biri olub. Anası sonradan eyni keyfiyyətdə məhsul tapa bilmədiyi üçün öz ədyal markalarını yaratmaq qərarına gəlib. Pepperoni pizza

Bet Haller LaSala 2006-cı ildə Bostonda şirkətin əsasını qoyub. Lakin istədiyi keyfiyyətdə istehsal edə biləcək müəssisəni ABŞ-də tapa bilmədiyi üçün Almaniyadakı toxuculuq fabriki ilə əməkdaşlığa başlayıb.

Kristina Livada isə 2018-ci ildə əvvəlki işindən ayrılaraq ailə biznesinə tam ştatlı qoşulub. Ana və qız 2019-cu ildə brendi yeniləyərək onlayn satışa üstünlük veriblər. Yeni sayt, fərqli ölçülərdə məhsullar və müasir qablaşdırma sayəsində marka qısa müddətdə geniş auditoriyaya çatıb.

Hazırda "ChappyWrap" 500 mindən çox ədyal satıb və səkkiz rəqəmli illik dövriyyəyə malik şirkətə çevrilib. Şirkətin gəlirlərinin son illərdə sürətlə artdığı bildirilir.

Bet Haller LaSala ötən il xərçəng xəstəliyindən vəfat etdikdən sonra şirkətin rəhbərliyini qızı Kristina öz üzərinə götürüb. Xanım müsahibəsində bildirib ki, onların məqsədi sadəcə yorğan satmaq deyil, insanların ailə xatirələrinin və ev istiliyinin bir hissəsinə çevrilməkdir.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 İyul 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri