Everestdəki “yaşıl çəkmələr“in cəsədi endirilir: 150 min dollarlıq riskli əməliyyat FOT
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Hindistan hakimiyyəti Everestin "ölüm zonasında" genişmiqyaslı və təhlükəli missiyaya start verib.
Moderator.az xəbər verir ki, bu barədə Kp.ru-da məqalə dərc edilib.
Məlumata görə, ekspedisiya zamanı 1996-cı ildə təxminən 8 500 m yüksəklikdə dəhşətli çovğun zamanı həlak olmuş "yaşıl çəkmələr" kimi tanınan alpinistin nəşinin dağdan aşağı endirilməsi planlaşdırılır
Uzun müddət hesab olunurdu ki, qalıqlar hindistanlı alpinist Tsevanq Palcora məxsusdur. Lakin rəsmi sənədlərə əsasən, Hindistan hakimiyyəti həlak olan şəxs kimi onun həmin ekspedisiyadakı komanda yoldaşı - Dorje Morupu göstərir. Onların hər ikisi eyni gündə itkin düşüb.
Üzərindəki ləvazimatla birlikdə çəkisi 200 kiloqrama çata bilən buz bağlamış cəsədin endirilməsi altı təcrübəli şerpdən ibarət komandaya həvalə olunub. Əməliyyat 150 000 dollar dəyərində qiymətləndirilir və bu ilin oktyabr ayına qədər başa çatmalıdır.
Ekspertlər missiyanın son dərəcə təhlükəli olduğunu qeyd edirlər. Belə bir yüksəklikdə qalıqların çıxarılması xilasetmə qrupunun həyatı üçün böyük risklə bağlıdır, buzlu qayalar üzərindən daşınması isə inanılmaz səy tələb edəcək.
Qeyd edək ki, "yaşıl çəkmələr" onilliklər boyu bir çox alpinist üçün zirvəyə gedən yolda qorxunc bir oriyentir olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 22 İyun 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















