Everesti fəth etmiş qadın alpinistlərlə görüş FOTO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Alpinizm Federasiyasının (AAF) İdarə Heyəti bu gün dünya səviyyəli uğura imza atmış alpinistlər – Elmira Aslanova və Vəfa Musayeva ilə rəsmi görüş keçirib.
İdman.biz xəbər verir ki, görüşdə Everest zirvəsinə uğurla qalxmış azərbaycanlı qadın alpinistlərə federasiya tərəfindən təşəkkür bildirilib və onların bu tarixi nailiyyəti yüksək qiymətləndirilib.
Görüşdə həmçinin ekspedisiya zamanı yaşanan çətinliklər, hazırlıq mərhələsi və gələcək planlar barədə də geniş müzakirələr aparılıb. Elmira Aslanova və Vəfa Musayeva onlara göstərilən dəstəyə görə Federasiyaya təşəkkür edib və Azərbaycan bayrağını dünyanın ən yüksək nöqtəsində dalğalandırmaqdan böyük qürur hissi keçirdiklərini bildiriblər.
Azərbaycan Alpinizm Federasiyası gələcəkdə də belə uğurlu layihələri dəstəkləyəcəyini və gənc alpinistlərin inkişafı üçün yeni imkanlar yaradacağını vurğulayıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 27 May 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















