Icma.az
close
up
RU
Əvəz Zeynallı ilə birlikdə mühakimə olunan kanal rəhbəri nədən narazıdır

Əvəz Zeynallı ilə birlikdə mühakimə olunan kanal rəhbəri nədən narazıdır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Xural TV”nin rəhbəri Əvəz Zeynallı ilə eyni cinayət işi üzrə həbs edilən və onunla mühakimə olunan “Səda TV” Youtube kanalının aparıcısı Elnur Şükürov vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.

Bizimyol.info xəbər verir ki, mayın 16-da Xəzər Rayon Məhkəməsində onun ərizəsi üzrə məhkəmə prosesi keçirilib. Elnur Şükürov cəzasının qalan hissəsindən azad edilməsi, yaxud da azadlıqdan məhrumetməyə alternativ olan cəza ilə əvəzlənməsini istəyir. Onun ərizəsində göstərilib ki, cəzasının böyük hissəsini çəkib. Bu müddətdə intizam qaydalarını pozmayıb, davranışı nümunəvi olub. Himayəsində xəstə valideynləri, iki azyaşlı övladı var.

Elnur Şükürov 2022-ci il sentyabrın 12-də həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə təqsirli bilinərək, 4 il azadlıqdan məhrum edilib. Onun cəzasının başa çatmasına cəmi 1 il 4 ay qalıb.

Elnur Şükürov Bakının Sabunçu, Suraxanı rayonlarında, Sumqayıtda ev, obyekt tikmək istəyən şəxslərdən pul almaqda ittiham olunur. İttihama əsasən, o, Əvəz Zeynallı ilə birlikdə müxtəlif vəzifəli şəxslərə təsir göstərərək, pul aldıqları vətəndaşların problemlərini həll etməyə çalışıb.

Lakin Əvəz Zeynallı da, Elnur Şükürov da bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Elnur Şükürov məhkəmədə bildirib ki, Əvəz Zeynallının əleyhinə ondan tələb edilən ifadəni vermədiyinə görə həbs olunub.

Mayın 16-da vaxtından əvvəl azadlığa buraxılma ilə bağlı məhkəmə prosesində Elnur Şükürov vəkilindən imtina edib. Bu səbəbdən məhkəmə prosesi təxirə salınıb.

Əvəz Zeynallı Elnur Şükürovdan bir neçə gün əvvəl - 2022-ci il sentyabrın 9-da həbs olunmuşdu. Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə ittiham irəli sürülmüşdü. “Xural TV” rəhbəri “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri Rasim Məmmədov haqqında materiallar yaymamaq üçün onun ailəsindən 20 min manat pul almaqda ittiham olunurdu. Lakin Əvəz Zeynallı jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bildirirdi.

Əvəz Zeynallı 9 il azadlıqdan məhrum edilsə də, 2025-ci il aprelin 25-də Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsindən azad edilərək, həbsdən buraxılıb. Buna səbəb isə “Xural TV” rəhbərinin həbsdə xərçəng xəstəliyinə tutulması olub.

Əvəz Zeynallının vəkilləri yoğun bağırsaqda bəd xassəli şiş aşkarlanması və qaraciyərə metastaz verməsi haqda tibbi sənədləri məhkəməyə təqdim etmişdi.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 May 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see142

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri