Icma.az
close
up
RU
Əvəz Zeynallı xərçəng xəstəliyinə tutulması ilə əlaqədar həbsdən buraxıldı

Əvəz Zeynallı xərçəng xəstəliyinə tutulması ilə əlaqədar həbsdən buraxıldı

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Həbsdə olan jurnalist Əvəz Zeynallı azadlığa buraxılıb. Aprelin 25-də Nizami Rayon Məhkəməsində onun cəzasının qalan hissəsindən azad edilməsi barədə qərar çıxarılıb.

Bizimyol.info xəbər verir ki, hakim Nigar Qədirlinin sədrliyilə keçirilən prosesdə Əvəz Zeynallının xərçəng xəstəliyinə tutulması ilə əlaqədar cəzasının qalan hissəsindən azad edilməsinə qərar verilib. Bu barədə jurnalistin vəkili Rəşad Əliyev məlumat verib: “Əvəz Zeynallının xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi barədə ərizəmizə Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxlaraq, təmin edildi”.

Qeyd edək ki, Əvəz Zeynallının vəkilləri yoğun bağırsaqda bəd xassəli şiş aşkarlanması və qaraciyərə metastaz verməsi haqda tibbi sənədləri hakimə təqdim ediblər. Bir gün əvvəl - aprelin 24-də məhkəmə prosesinə qatılan Əvəz Zeynallı özü də vəziyyəti barədə məlumat verib. Həmçinin Penitensiar Xidmətin Tibb Baş İdarəsinin həkimi də məhkəmədə Əvəz Zeynallının vəziyyəti haqda danışaraq, sənədlərdə yazılanları təsdiqləyib.

Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı var. Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər də bu Siyahıya aiddir. Cinayət Məcəlləsinin 78.2-ci maddəsində də göstərilib ki, cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. “Xural TV” rəhbəri “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri Rasim Məmmədov haqqında materiallar yaymamaq üçün onun ailəsindən 20 min manat pul almaqda ittiham olunurdu. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib, daha sonra cəzası 2 ay azaldılıb. Lakin Əvəz Zeynallı ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, Rasim Məmmədovun ailəsindən pul almadığını bildirir.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Aprel 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri