Əvəzedicilər Liqası ləğv olunmasa, format dəyişikliyi də ehtimal olunur
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Azərbaycanda Əvəzedicilər Liqasının ləğvi müzakirə mövzusudur". Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O, U-20 millisindəki bəzi futbolçuların bu çempionatda çıxış etdiyini bildirib:
"Digərləri AFFA Gənclər Liqasında oynayırlar. Biz həm Peşəkar Futbol Liqası, həm də daxildə müzakirə apardıqdan sonra çempionatları dayandırdıq. Bunu etməyə məcbur idik. Çünki əks təqdirdə klublar yarışlarda istədikləri kimi çıxış etməyə bilərdilər. Əvəzedicilər Liqasının ləğvi gündəmdədir. Hazırda AFFA İcraiyyə Komitəsi bunu müzakirə edir. Hələlik qərar verilməyib. Əvəzedicilər Liqası ləğv olunmasa, format dəyişikliyi də ehtimal olunur. AFFA Gənclər Liqasında da format dəyişikliyi ola bilər. U-20 komandasının texniki heyəti artıq məşq cədvəlini bizə təqdim ediblər. U-20 dünya çempionatı bizim üçün prioritet məsələdir. AFFA olaraq digər liqaları təlim-məşq toplanışına uyğunlaşdırmağa çalışacağıq".
Xatırladaq ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 25 Aprel 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















