Əvəzedicilər Liqasının reqlamentində dəyişiklik ediləcək Çempionat nə vaxt başlayacaq?
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Azərbaycan çempionatlarında - Premyer Liqa, Birinci Liqa və İkinci Liqada növbəti mövsümün startı tarixləri bilinir. Amma Əvəzedicilər Liqası ilə bağlı qeyri-müəyyənlik davam edir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, yubanmaya səbəb "dubl"ların yarışında mümkün reqlament dəyişiklikləri ilə bağlıdır.
Yeni limitin tətbiqi gözlənilir. Yaşla bağlı da məcburi dəyişikliklər olacaq. Bunun daha çox 2006-2008-ci il təvəllüdlülərə tətbiqi nəzərdə tutulur ki, limit ölkəmizdə keçiriləcək U-20 dünya çempionatı zamanı millimizə geniş seçim qazandırmağa xidmət edəcək.
Əvəzedicilər Liqasının nə vaxt başlayacağı barədə Peşəkar Futbol Liqasına sorğu göndərdik. Qurumdan bildirildi ki: "Əvəzedicilər Liqası ilə bağlı hazırda mümkün ən yaxşı variantların müzakirəsi aparılır. Bununla bağlı yaxın günlərdə daha ətraflı məlumat veriləcək".
Xatırladaq ki, Əvəzedicilər Liqasının son qalibi "Sabah-2" olub.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 08 İyul 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















