Evi özüm yandırmışam deyən Sumqayıt sakininin nəvəsinin TOYUDUR
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən gün Sumqayıtda, "Qurd dərəsi" adlanan ərazidə öz evini yandırdığını iddia edən Zakir Qasımovun nəvəsinin toyu olacaq.
Bu barədə Oxu.Az-a məlumat daxil olub.
Məsələni dəqiqləşdirmək üçün Zakir Qasımovun qardaşı Vahid Qasımovla əlaqə yaratdıq. O, Oxu.Az-a açıqlamasında faktı təsdiqlədi.
"Bəli, doğrudur. Qardaşımın nəvəsi Mənsurun toyu olacaq. 24 yaşında oğlandır, Rusiyada işləyirdi. Bu gün qız toyudur, gələn ay oğlan toyu olacaq. Qızgil Qobustandan, Ələt tərəfdəndirlər. Oğlan toyu Sumqayıtda olmalıdır. Bu hadisə necə oldu, bilmədik".
Qardaşının "evi özüm yandırmışam" deməsinə gəlincə, Vahid Qasımov qeyd edib ki, özləri də nə baş verdiyini hələ bilmirlər.
"Biz də çaşıb qalmışıq. Axşam gördük, elə deyib, indi də deyir ki, yox, elektrikdən yanıb. Sözdür də, deyir. Dəqiqini biz də bilmirik. Polislər gəliblər, baxıblar. Araşdırırlar, görək nə deyəcəklər", - deyə V.Qasımov bildirib.
"Evi özüm yandırmışam" deyən Sumqayıt sakininin nəvəsinin TOYUDUR
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 10 May 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















