Icma.az
close
up
RU
Evi plana düşənlərin nəzərinə Bunları mütləq bilməlisiniz

Evi plana düşənlərin nəzərinə Bunları mütləq bilməlisiniz

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son aylar Bakıda Baş plan çərçivəsində genişmiqyaslı söküntülərə start verilib. Nərimanovdan Səbailə qədər bir çox rayonları əhatə edən prosesdə əsas sual plana düşən evlərin qiymətləndirilməsi və təzminat məbləğidir. Xüsusilə bir şəxsin adına rəsmiləşdirilmiş, lakin ayrı-ayrı yaşayış kimi istifadə olunan iki və daha çoxmərtəbəli həyət evlərinin kompensasiyası ictimai maraq doğurur.

Plana düşən evlərin qiyməti hansı qaydada hesablanır? Çoxmərtəbəli, ayrı yaşayışlı, amma bir şəxsin adına sənədləşdirilmiş evlərdə təzminat necə müəyyən olunur? Belə hallar verilən məbləğə təsir edirmi?

Globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov deyib ki, həyət evləri və çoxmərtəbəli binalar sökülərkən əmlakın sahəsi, mərtəbə sayı və digər göstəricilərindən asılı olmayaraq, proses yalnız əmlak sahibi ilə tikinti şirkəti arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilməlidir:

“Əmlak toxunulmazdır və söküntü yalnız sahibin razılığı ilə mümkündür. Əgər mənzil çox kiçik sahəyə malikdirsə (məsələn, 15-20 kvadrat metr), yeni tikililərdə belə ölçüdə mənzil olmadığından şirkət həmin vətəndaşa daha böyük, adətən 40-45 kvadratlıq ev təklif edir. Bu, kiçik sahəli mənzillər üçün xüsusi güzəşt kimi tətbiq olunur. Sahənin ölçülməsi çöldən-çölə aparılmalıdır. Çünki orta divarlar da söküldüyündən həmin sahə hesablanmalı və vətəndaşın ümumi kvadratına daxil edilməlidir. Necə ki, yeni tikililərdə şaxta və hava bacaları belə ümumi kvadrata əlavə olunaraq satılır, eyni qayda həyət evlərinə də tətbiq edilməlidir. Yəni sahə çöldən-çölə ölçülməli və vətəndaşın ümumi kvadrat sahəsi dəqiq müəyyənləşdirilməlidir”.

Anar Nəsirov

Ekspert bildirib ki, söküntü prosesi əsasən dörd mərhələdən ibarətdir:

“Birinci mərhələdə kvadrat düzgün hesablanmalı, tərəflər bunun əsasında razılığa gəlməlidir. İkinci hissədə tikinti bitənə qədər vətəndaş mütləq kirayə mənzillə təmin olunmalıdır. Müqavilədə müddət “iki il” kimi konkret yazılmamalı, “yeni mənzil təhvil verilənədək” kimi göstərilməlidir. Əks halda, tikinti yubandıqda şirkət kirayə ödənişini dayandıra və mübahisələr yarana bilər. Üçüncü mərhələdə vətəndaşa sökülən mənzilin sahəsi və vəziyyəti nəzərə alınmaqla yeni binada eyni, yaxud uyğun kvadratlı mənzil təqdim olunmalıdır. Kiçik fərqlər tərəflərin razılaşması əsasında müəyyən edilə bilər. Dördüncü mərhələ kimi mənzilin təmiri də nəzərdə tutulur. Tikinti şirkəti mənzili ya təmir edib təhvil verir, ya da vətəndaşla razılaşaraq təmir pulunu əlavə kvadratla əvəz edir”.

A.Nəsirov qeyd edib ki, bütün razılaşmalar mütləq yazılı müqavilə əsasında aparılmalı və yalnız diqqətlə oxunduqdan sonra imzalanmalıdır:

“Əks halda, proses məhkəmə predmetinə çevrilə bilər. Qanunda söküntü ilə bağlı dəqiq qaydalar tam nəzərdə tutulmadığı üçün bütün məsələlər qarşılıqlı razılaşma, vicdanlı yanaşma və mövcud təcrübə əsasında həll olunmalıdır”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri