Icma.az
close
up
RU
Evi sökülən qadın danışdı: ““Melissa Park”ın əməkdaşına dedim, anan yaşındayam etmə, o da ekskavatorun çömçəsini başımın üstündə saxladı” FOTO VİDEO

Evi sökülən qadın danışdı: ““Melissa Park”ın əməkdaşına dedim, anan yaşındayam etmə, o da ekskavatorun çömçəsini başımın üstündə saxladı” FOTO VİDEO

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Mən 35 ildir, bu ünvanda yaşayıram. Evimizin çıxarış sənədi var. "Melissa Park" şirkəti ilə heç bir razılığımız olmayıb. Qonşularımız ilə danışıblar, onlara söküntüyə görə istədikləri qədər ödəniş ediblər. Bizə də müraciət edəcəklərini gözləmişik, lakin heç bir danışıq olmayıb". Bu fikirləri Oxu.Az-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva deyib.

O, fikirlərinə belə davam edib:

"2024-cü il dekabrın 24-də üzərində oğlumun - yəni ev sahibinin adı, içində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq. Orada bizim evə 173 min manat qiymət, evi boşaltmağımız üçün də 10 gün vaxt verilib. Oğlum həmin gün məktubu təkzib edərək geri göndərib və şirkət nümayəndəsi Tural Vəliyevlə danışıb. O da oğluma bildirib ki, bu, formal məktubdur, alınan bütün evlərin sahiblərinə göndərilib, danışıqlar davam edəcək".

E.Hacıyeva vurğulayıb ki, problemlər bundan sonra başlayıb:

"Həmin gündən evin hər yanında ağır texnika ilə işləyir, evə təzyiq göstərirlər. 3 yaşında nəvəm stolun altında yaşayır. Evdə 5-6 ballıq zəlzələ hiss edirik. Hər ailə üzvümüz evdə zəlzələ çantası saxlayır".

O deyib ki, dünən saat 17:30-da üzündə maska olan şəxs evin yaxınlığında ekskavator saxlayıb:

"Adam maska geyinmişdi. Oğluma tapşırdım ki, nəvəmi evdən çıxarsın. Biz dörd qadın və oğlum gecəni yatmadıq. Gecə saat 4-də işığımızı kəsdilər. Həyətə çıxıb baxdıq ki, kanalizasiya xəttini də dağıdıblar. Həmin vaxt Prezident Administrasiyasına, "Azərişıq" ASC-yə, Daxili İşlər Nazirliyinə müraciət etdik. Kameraları deaktiv etmişdilər".

Qadın əlavə edib ki, evin uçurulması bu gün 10:30-da baş verib:

"Səsə baxdım ki, ekskavator sürən maskalı oğlan və bir də nəzarətçi dayanmışdı. Sonra anidən səs qopdu. Mən qışqırdım ki, evdəyik, amma uçurdular. Hadisə zamanı onkoloji xəstə olan bacımın qoluna daş düşdü, mənim isə şüşə qolumu kəsdi.

Aşağı düşüb ekskavatorun qarşısında dayanıb dedim, etmə, mən sənin anan yaşındayam. Ekskavatorun çömçəsini başımın üstündə saxladı, sonra geri çəkib sürətlə uzaqlaşdı".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://pravda.az
archiveBu xəbər 27 Mart 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see152

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see138

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see137

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see134

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see124

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunan Fərid Əsgərov kimdir? DOSYE

30 İyun 2025 18:56see124

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see122

Məşhur aktyor saqqalını kəsdi: sosial mediada gündəm oldu FOTO

30 İyun 2025 18:42see122

Ermənistan Rusiyaya rədd cavabı verdi

30 İyun 2025 10:06see121

Evdən döyülərək çıxarıldılar Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI

01 İyul 2025 01:07see120

Universiadada 62 ölkədən cüdoçular çıxış edəcək

01 İyul 2025 17:41see118

“Daxili işlərimizə qarışmayın” Azərbaycan da nota verdi

01 İyul 2025 20:10see118

Ağ Ev: Aİ rəqəmsal vergidən imtina etməsə, ABŞ cavab tədbirləri görəcək

30 İyun 2025 20:41see118

XİN də yeni struktur DƏYİŞİKLİYİ

30 İyun 2025 09:47see118

Bu ölkədə ictimai yerlərdə siqaret çəkmək qadağan edildi

30 İyun 2025 08:49see117

Şahin Şahbazov vəzifəsindən ayrıldı

30 İyun 2025 23:02see117

Duyğusal yükdən necə azad olaq? Psixoloqdan MƏSLƏHƏT

01 İyul 2025 05:00see117

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see116

Sentyabrda sürücülük vəsiqələri iki dəfə bahalaşacaq...

01 İyul 2025 22:26see113

Ağ Ev: TikTok un satışı ilə bağlı Çinlə danışıqlar yüksək səviyyədə aparılır

01 İyul 2025 02:53see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri