Icma.az
close
up
RU
Dörd ildən sonra...

Dörd ildən sonra...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Avro dollar qarşısında kəskin bahalaşdı

Avropa Birliyinin vahid ödəniş və tədavül vasitəsi olan avro iyulun ilk günündə maliyyə bazarlarında öz dəyərini artıraraq dollara nisbətdə 10 faiz-bənd bahalaşıb. Ötən gün valyuta birjalarında bir avro 1,18-1,19 dollar civarında konvertasiya olunub. Eləcə də ingilis funtu və digər xarici valyutalarla nisbətdə məzənnəsini möhkəmləndirib. İyun ayının son günlərində manata qarşı 1,85-1,90 intervalında mübadilə olunan avro iyulun 1-də Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnə ilə 2,0035 manat təsdiqlənib. Beləliklə, 2021-ci ildən sonra Avropa pulu manata və digər valyutalara qarşı məzənnəsini əhəmiyyətli dərəcədə möhkəmləndirərək son 4 ilin rekordunu təzələyib.

Avronu bahalaşdıran səbəblər

Avronun son bir ayda davamlı olaraq öz məzənnəsini dollar qarşısında möhkəmləndirməsi və tarixi maksimumu yeniləməsinə baxmayaraq, bu yüksəlişin güclü iqtisadi-monetar əsaslara söykənməsini düşünmək çox çətindir. Çünki Avropa Birliyinin iqtisadiyyatında güclü artım templəri nəzərə çarpmır, əksinə, maliyyə bazarlarında müəyyən geriləmələr nəzərə çarpır. Bir müddət əvvəl Avropa İttifaqı (Aİ) Komissiyası dərc etdiyi “Avropanın İqtisadi Proqnozları - 2025-ci il” hesabatında birliyin iqtisadi inkişaf gözləntilərini qeyri-qənaətbəxş dəyərləndirib. Komissiya avrozonada iqtisadi artım proqnozunu 1,3 faizdən 0,9 faizə, gələn il üçün isə 1,6 faizdən 1,4 faizə endirib. “Qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində orta artım” başlıqlı hesabatda bildirilir ki, Avropa İttifaqı iqtisadiyyatı 2025-ci ildə orta səviyyədə davam edəcək, qlobal siyasətdə qeyri-müəyyənlik və ticarət gərginliyinin artması fonunda yüksək aktivlik nümayiş etdirə bilməyəcək. Hesabatda Avstriya iqtisadiyyatının cari ildə 0,3 faiz kiçiləcəyi, Almaniya iqtisadiyyatının artmayacağı, sabit qalacağı, Fransada 0,6 faiz, İtaliyada 0,7 faiz, İspaniyada isə 2,6 faiz artım olacağı təxmin edilir.

2026-cı ildə isə Almaniya iqtisadiyyatının 1,1 faiz, Fransanın 1,3 faiz, İtaliyanın 0,9 faiz, İspaniyanın isə 2 faiz artacağı proqnozlaşdırılır. Hesabatda Aİ-də inflyasiyanın 2,3 faiz olacağı ehtimal olunur ki, bu da iqtisadi artım tempini 2 dəfə üstələyir. Yəni, avrozonada qiymət artımları yeni yaranan əlavə dəyərdən iki dəfə çox olmaqla iqtisadi-sosial sahələri risk altında saxlayacaq. Ancaq bir məqam - Avropa Mərkəzi Bankının ABŞ FED-indən (Federal Ehtiyatlar Sistemi-red.) fərqli olaraq yumşaq pul-kredit siyasəti yürütməsi bank-kredit siyasətini və aktivlərin hərəkətliliyi  prosesini yaxşılaşdırıb ki, bu da müəyyən dərəcədə Aİ valyutasının bahalaşmasına imkan verib. Bütün bunlara rəğmən avronun möhkəmlənməsi üçün ilk baxışdan konkret, təsiredici səbəblər olmadığı halda baş verənlərin xroniki hal daşıdığını istisna etmək olmaz.

Dollar niyə ucuzlaşır?

Dünyanın bir nömrəli iqtisadiyyatı hesab edilən ABŞ-ın qlobal pul aləti-dolların avro qarşısında kəskin ucuzlaşmasının səbəbləri də maliyyəçilər üçün təəccüblü hesab edilsə də, bu məzənnə uçurumunu normal sayanlar da az deyil. Beynəlxalq maliyyə bazarları üzrə ekspertlərin qənaətinə görə, Tramp administrasiyasının  son aylarda qlobal iqtisadiyyata hücum taktikası və ticarət siyasətindəki proteksionizm, iqtisadi tərəfdaşlarına qarşı sərt idxal rüsumları tətbiq etməsi, həmçinin bu ölkənin maliyyə sistemindəki gərginliklər dolların beynəlxalq üstünlüyünü azaldaraq avroya nisbətdə daha da ucuzlaşmasına gətirib çıxarıb.

ABŞ-da bir sıra göstəricilərdə gözləniləndən daha pessimist nəticələr qeydə alınır, ümumi istehlakda azalma var. İstehlak indeksi ABŞ iqtisadiyyatı üçün çox vacibdir.  Eyni zamanda inflyasiya proqnozlaşdırılandan daha çoxdur. Eləcə də, Federal Ehtiyat Sisteminin faiz dərəcələri ilə bağlı siyasəti dolların möhkəmlənməsini təmin edə bilməyib və ABŞ-ın tarif artımları qlobal iqtisadiyyatda şok dalğalanmalara səbəb olmaqla yanaşı, özünün ətraf qitələrdə maliyyə siyasətinə zərərlər vurur, dolların avroya nisbətən məzənnəsinin azalmasına gətirib çıxarır.

Avronun bahalaşması qlobal iqtisadiyyata necə təsir edəcək?

Avronun bahalaşması qlobal iqtisadiyyata sözsüz ki, təsirsiz ötüşməyəcək. Xüsusən də dünya valyuta seqmentlərində əsas tədavül aləti olan dollarla nisbətdə avronun bahalaşması və ya dolların ucuzlaşması bir sıra mal və xidmətlərin, əmtəələrin qiymətlərində öz təsirlərini göstərəcək. Avro ilə mübadilə edilən mal və əmtəələrin dəyərində bahalaşma olacağı istisna deyil.

Ancaq qlobal iqtisadiyyatda əsas sövdələşmələr birbaşa dollarla aparılır, bir çox ölkələrin qarşılıqlı olaraq idxal və ixrac etdiyi mal və xidmətlərin əsas ticari hesablaşma dəyəri kimi dollardan istifadə olunur. Bu baxımdan dolların ucuzlaşması müəyyən malların qiymətlərində də enmə yarada bilər. Çünki bahalı dollar qlobal bazarlarda mal və xidmətlərin dəyərini, logistika xərclərini də yüksəldir.

Manata hansı təsirlər ola bilər?

Avronun manat qarşısında məzənnəsinin bahalaşması əslində avro-manat münasibətləri ilə bağlı qətiyyən bağlı deyil, bu, avronun dollara nisbətən məzənnəsinin yüksəlməsi ilə əlaqədar baş verən prosesdir. Çünki ölkəmizdə  dollara qarşı məzənnə birbaşa, digər valyutalara isə çarpaz müəyyənləşib. Bu isə əsas xarici valyuta olan dolların ucuzlaşması nəticəsində manata nisbətən digər valyutaların da məzənnəsinin dəyişməsinə gətirib çıxarır. Nəticə etibarilə son dövrlər dollara nisbətən avronun yüksəlməsi manata qarşı da yüksəlməyə səbəb olur. Ona görə də, avronun manat qarşısında bahalaşıb-bahalaşmaması dollar-avro məzənnəsindəki dəyişikliklərdən asılıdır.

Avronun bahalaşmasının manata və Azərbaycanın xarici ticarət balansındakı qiymətlərə, tədiyyə balansına təsirləri qeyri-mümkündür. Azərbaycan xarici ticarət dövriyyəsini dollarla həyata keçirir. Tədiyyə balansına və manatın məzənnəsinə təsir edən amillər sırasında neftin satış qiyməti təsiredici ola bilər ki, yanacaq da dünya birjalarında dollarla satılır. Həmçinin, Azərbaycanda manatın avroya qarşı xüsusi məzənnə rejimi yoxdur, bu amil də bütün təsirləri neytrallaşdırır.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 İyul 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see250

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see247

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see242

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see232

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see231

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see231

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see223

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see222

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see219

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see209

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see185

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see179

Madiboya ağır cəza Koneyə kobud müdaxilə baha başa gəldi

25 İyun 2026 00:10see172

Qabaqlayıcı hərəkət etmək əmri verilib Zelenski

25 İyun 2026 00:52see171

Dərmanların qəbul edilməsi üçün ən uyğun vaxtı açıqlanıb

24 İyun 2026 22:35see167

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see162

Murad Arifdən duyğulu etiraf: “Onun ilə birlikdə ağladım”

25 İyun 2026 12:26see161

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see158

Futbol üzrə 2026 cı il dünya çempionatında artıq on avtoqol var

25 İyun 2026 03:06see158

DİM iyulun 5 də imtahan keçirəcək

25 İyun 2026 12:27see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri